Yunis Hüseynov: “Bu, Azərbaycan futbolu adına ləkədir”

Yunis Hüseynov: “Bu, Azərbaycan futbolu adına ləkədir”
ÖLKƏ FUTBOLU 19 Avqust 2012 / 23:08 5072
-  A +

“İnter”lə oyunlarımız həmişə çətin keçib və bu gün də belə oldu. Ancaq onu da deməliyəm ki, biz də çox zəif oynadıq. İlk 20 dəqiqə, ümumiyyətlə, aşağı səviyyədə çıxış etdik. Ona görə də komandamın oyunundan razı qalmadım. Artıq bu oyunu unudub “Simurq”la növbəti qarşılaşmaya hazırlaşacağılq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün keçirilən Azərbaycan Premyer Liqasının III turunun “İnter” - “Xəzər Lənkəran” matçından sonra Lənkəran klubunun baş məşqçisi Yunis Hüseynov deyib.

Hüseynovu ən çox narazı salan isə futbolçusunun rəqib tərəfdən təhqir olunması olub:  “Mənə ən çox təsir edən futbolçumuzun təhqir olunması oldu. Söhbət Saido Tounkaradan gedir. Onun təhqir olunması ürəkaçan bir şey deyildi və bu, Azərbaycan futbolu adına ləkədir”

Daha çox


Son xəbərlər