“Kəpəz” klubunun baş məşqçisi Fuad İsmayılov istefa verib.
Bu haqda Qol.Az-a klubun mətbuat xidmətindən bildirilib.
İstefasıyla bağlı açıqlama verən İsmayılov deyib: “Mən otuz ilə yaxındır bütün güc və qüvvəmi Gəncə futbolunun inkişafına sərf edirəm. Həmişə də çalışmışam ki, öz bilik və bacarığımla doğma şəhərim üçün nə isə edim. Sonuncu dəfə “Kəpəz”ə baş məşqçi təyin olunanda da komandanı ən güclülərdən etməyə çalışırdım. Amma mən istədiyim nəticəni əldə edə bilmədiyim üçün istefa verməyi qərara aldım”. O bildirib ki, bundan sonra da Gəncə futbolunun günü-gündən inkişaf etməsi üçün çalışacaq.
“Ümid edirəm ki, müxtəlif illərdə böyük məşqçilik təcrübəsi qazanmış bir mütəxəssis işsiz qalmaz. Mən yenə də böyük həvəslə şəhərimizin futbolunun yüksəlməsi üçün əlimdən gələni etməyə hazıram” - deyə Fuad İsmayılov bildirib.
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı