Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan İsrailin Kiryat-Şmona şəhərinin “Hapoel” klubu 2000-ci ildə yaradılıb. Daha doğrusu, həmin vaxtdan eyni adlı şəhəri təmsil edən “Makkabi” ilə “Hapoel” birləşib. O vaxtdan komanda İsrail çempionatlarında “Hapoel” adıyla çıxış edir.
Qol.Az-ın məlumatına görə, “Hapoel” ev oyunlarını Kiryat-Şmona şəhərindəki 5200 azarkeş tutumu olan “İroni” stadionunda keçirir.
Qeyd edək ki, Kiryat-Şmonanı təmsil edən “Hapoel” və “Makkabi” 2000-ci ilə qədər İsrail çempionatının aşağı dəstələrində oynayıb. Həmin il “İturan” şirkətinin sahibi, iş adamı İzi Şeratski hər iki komandanı satın alıb.
Yalnız 2006-07-ci il mövsümündə “Hapoel” İsrail çempionatının yüksək liqasına vəsiqə qazanmağı bacarıb.
“Hapoel” Avropa miqyaslı yarışda ilk dəfə 2008-ci ildə oynayıb. O vaxt Çernoqoriya “Budva”sı ilə görüşdə İsrail təmsilçisi iki oyunun nəticəsinə əsasən uğur qazanaraq (1:1, 3:0) növbəti mərhələyə yüksəlib. Lakin növbəti mərhələdə “Hapoel” Bolqarıstanın “Liteks” klubuyla qarşılaşmada uğursuzluğa düçar olub – 0:0, 1:2.
2008-09-cu il mövsümündə Kiryat-Şmona təmsilçisi yüksək liqada yerini itirib, növbəti – 2009-10-cu il mövsümündə isə yenidən yüksək liqaya qayıdıb.
2011-12-ci il mövsümündə Kiryat-Şmona təmsilçisi tarixində ilk dəfə İsrail çempionu olub.
Bu il UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsindı mübarizəyə başlayan “Hapoel” Slovakiya “Jilina”sından üstün olub – 0:1, 2:0.
Statistikadan da göründüyü kimi, İsrailin “Hapoel” adındakı digər komandalarından fərqli olaraq, “Neftçi”nin rəqibi olan gənc “Hapoel”in Avropa miqyaslı yarışlarda təcrübəsi azdır. Komanda UEFA turnirlərində cəmi altı dəfə (dörd dəfə UEFA kuboku, iki dəfə Çempionlar Liqası) oyuna çıxıb.
Onlar qarşılaşmalardan ikisində qalib gəlib, ikisində heç-heçə edib, iki görüşdə isə məğlub olub.
Hazırda kluba israilli Liqat Xaal baş məşqçiliq edir.
Komandanın heyətinin əsasını israilli futbolçular təşkil edir. Hazırda “Hapoel”də cəmi üç legioner futbolçu var. Onlardan biri Slovakiya, biri Makedoniya, biri isə ABŞ vətəndaşıdır.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!