"Neftçi" növbəti mərhələdə

"Neftçi" növbəti mərhələdə
ÖLKƏ FUTBOLU 24 İyul 2012 / 23:50 28164
-  A +

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, təmsilçimiz "Neftçi" klubu səfərdə Gürcüstan çempionu "Zestafoni"nin qonağı olub.

İlk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən "Neftçi" səfər matçına daha rahat çıxıb. Lakin son Azərbaycan çempionu reytinq xalı baxımından bu oyundan da qələbə ilə ayrılmağa çalışacaqdı.
  
Lakin Zestafoni təmsilçisi oyuna yaxşı başlayıb. 4 dəqiqəyə iki qol vuran "Zestafoni" az sonra qapısında top görüb. Bundan sonra isə oyunda nəzarəti ələ alan "Neftçi" fasilədən sonra daha bir dəfə fərqlənib - 2:2.

Qeyd edək ki, "Neftçi" növbəti mərhələdə İsrailin "İroni Kiryat" klubu ilə qarşılaşacaq.

 


24 iyul

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü

22:00. "Zestafoni" (Gürcüstan) - "Neftçi" (AZƏRBAYCAN) (İlk oyun - 0:3) - 2:2
Qollar:
David Muciri, 15 (1:0), Jaba Dvali, 19 (2:0), Julius Vobay, 21 (2:1), Rəşad Sadiqov, 52-pen (2:2)
Hakimlər: Artyom Kuçin, Evqeni Beliskiy, Alibek Abubəkirov, Ruslan Duzmametov (Qazaxıstan)
Zestafoni. David Abaşidze adına stadion



“Neftçi”: Rauf Mehdiyev, Rail Məlikov, İqor Mitreski, Elvin Yunuszadə, Bruno Bertuççi, Rəşad Sadiqov, Cavid İmamverdiyev, Flavinyo, Julius Vobay (Araz Abdullayev, 76), Nikolas Kanales, Erik Ramos

"Zestafoni": Roini Kvasxadze,Temuraz Gongadze, Tornike Grigalaşvili, Mamuka Kobakidze, Tedore Grigalşvili, Tornike Gorgiaşvili, David Mujiri, Jaba Dvali, Levan Sharikadze, Zurab Menteşeşvili, Aboyomi Oşonikoko



Oyun başladı.

2. "Neftçi" cərimə zərbəsini yerinə yetirir. Bertuçinin zərbəsini rəqib qapıçı tutur.
6. Bertuçinin sol cinahdan zərbəsi qapının azacıq yanından keçir.
10. "Zestafoni"nin sağ cinahdan hücumu. Zurab Menteşaşvilinin ötürməsi təhlükəli olsa da, Rauf Mehdiyev son anda Abaoyomi Seunu qabaqlayır.
15. Oyunda ilk künc zərbəsini "Zestafoni" yerinə yetirir. Abayomi cərimə meydançasına ötürür və David Mucir hesabı açır - 0:1.
19. Jaba Dvali qapıçı təkbətək çıxır və hesabı artırır - 0:2.
21. QOOOLL. "Neftçi"nin hücumu. Bertuçi ötürür, Julius Vobay fərqi azaldır - 1:2.
22. Cavid İmamverdiyevin təhlükəli zərbəsini qapıçı tutur.
24. Bu dəqiqlərdə oyunun tempi aşağı düşür.
26. Oyun əsasən meydanın mərkəzində gedir.
27. Rəqibi hücumu. Qapıya doğru zərbə və top üstdən keçir. 
29. "Neftçi" künc zərbəsindən yararlana bilmir.
33. "Neftçi"nin hücumu. Rəqib müdafiəçilər sayıq oynayırlar.
36. "Zestafoni"nin künc zərbəsindən ötürdüyü topu Rauf Mehdiyev tutur.
39. "Neftçi"nin qapı ağzına təhlükəli ötürməsini rəqib müdafiəçilər zərərsizləşdirir.
42. "Neftçi" cərimə zərbəsi yerinə yetirir və top rəqib qapıçıda qalır.


İkinci hissə başladı

46.
"Zestafoni" cərimə zərbəsini yetirir və top qapı dirəyindən qayıdır.
48. "Neftçi" künc zərəbsi qazanır. Lakin rəqib müdafiəçilər sayıq oynayırlar. 
52. QOOOOOLLLL "Neftçi" penalti vurmaq hüququ qazanır. Rəşad Sadiqov topu qapıya göndərir - 2:2.
55.
"Zestafoni"nin hücumu. "Neftçi"nin müdafiəçiləri yaxşı oynayır.
63. Bu dəqiqələrdə hər iki komanda qarşılıqlı səhvlərə yol verir.
76. "Neftçi"nin heyətində dəyişiklik. Vobayın əvəzinə meydana Araz Abdullayev daxil olur.
78. "Neftçi" daha çox topu özündə saxlayır və rəqibi üzərinə gəlməyə məcbur edir.
80. "Neftçi"nin futbolçusu yerdə qalır. Oyunda qısa fasilə yaranır.
83. "Zestafoni"nin təhlükəli hücumu. Müdafiəçi topu qapı xəttindən çıxarır.
86. "Zestafoni"nin uzaq məsafədən təhlükəli zərbəsi, top qapının üstündən aşır.
90. "Zestafoni"nin hücumu təhlükəli alınır. Qapı ağzına ötürməni müdafiəçi auta çıxarır.


Oyun başa çatdı - 2:2

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq