Boliviya millisinin futbolçusu "Bakı"da məşqlərə başladı

Boliviya millisinin futbolçusu "Bakı"da məşqlərə başladı
ÖLKƏ FUTBOLU 11 İyun 2012 / 13:21 1958
-  A +

"Bakı" klubu mövsümlərarası dövrdə növbəti transferini gerçəkləşdirməyə yaxındır.

Klubun Mətbuat və Marketinq Departamentinin rəhbəri Nəriman Mehdiyevin Qol.Az-a verdiyi məlumata görə, paytaxt təmsilçisi tibbi müayinədən keçdikdən sonra Boliviya milli komandasının müdafiəçisi Edemir Rodrigeslə 1+1 illik müqavilə imzalayacaq.

Artıq boliviyalı futbolçu Bakıya gəlib və klubun məşqlərinə qatılıb.

Xatırladaq ki, Rodqiges buna qədər ölkəsində "Real" (Potosi) və "Bolivar" klublarında oynayıb. O, milli komandada 12 oyun keçirib və 1 qol vurub.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır