“Qəbələ”nin əvəzedici komandasına yeni baş məşqçi təyin olunub.
Qol.Az-ın klubun saytına istinadən yaydığl məlumata görə, növbəti mövsümdə klubun 2-ci komandasına ispaniyalı mütəxəssis Luis Araqon rəhbərlik edəcək. 2007-ci ildən “Barselona” Futbol Məktəbinin texniki direktoru vəzifəsini yerinə yetirən Araqon Kataloniya klubunda həm də seleksiyaçı-məşqçi postunda olub. Bundan əlavə, o, 2007-ci ildən İspaniyada və İtaliyada “Barselona” Yay Futbol Məktəblərinin təşkili işinə də rəhbərlik edib.
Pro kateqoriyalı mütəxəssis 2004-2009-cu illərdə “Barselona” əsas komandasında baş məşqçilər – Frank Raykaard və Xosep Qvardiolanın, qapıçı məşqçiləri Rikart Seqerra və Karles Busketsin təcrübələrindən yararlanıb. Araqon bundan əlavə “Atletik Bilbao”, “Numansiya”, “Real Sosyedad”, “Real Saraqosa”, “Osasuna”, “Atletiko Madrid”, “Valensiya”, “Almeriya” (hamısı İspaniya) və “Mançester Siti” (İngiltərə) kimi klublarda təcrübə keçib.
Məhz “Barselona”da futbol təcrübəsi görmüş və fəaliyyət göstərmiş mütəxəssisin əvəzedici heyətə baş məşqçi təyin olunmasında məqsəd “Qəbələ” Futbol Akademiyasında “Barselona” sisteminə uyğun yetişən futbolçuların əvəzedici heyətdə sistemə uyğunlaşma prosesinin tamamlanması və əsas komandanın hazır futbolçularla təmin edilməsidir.
Qeyd ki, Akademiyada “Barselona” sisteminin tətbiq olunması məqsədilə Kataloniya klubunun təmsilçisi, Pro kateqoriyalı mütəxəssis Xosep Moratalyanın başçılıq etdiyi məşqçi heyəti Qəbələdə olmuş, Akademiya məşqçilərinə nəzəri və praktiki məşğələlər keçmişdi. Bundan əlavə “Qəbələ” Futbol Akademiyasının məşqçiləri Barselonaya səfər etmiş və klubun təcrübələrindən yararlanmışdılar.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var