Azərbaycan milli komandasının FİFA reytinqləri: 1994-2012

ÖLKƏ FUTBOLU 6 İyun 2012 / 11:54 3281
-  A +

FİFA milli komandaların may ayı üçün yeni reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, milli komandamız ötən ayla müqayisədə 3 pillə geriləyib.

Aktivində 300 xal olan millimiz 112-ci pillədə qərarlaşıb. İlin sonuna qədər bu rəqəmlər hər ay FİFA-nın aylıq reytinq açıqlamalarına görə dəyişəcək. Komandamızın 2012-ci ili major, yoxsa, minor notlarla başa vuracağı ilin sonunda biləcəyik.  2011-ci il bu mənada bizim üçün uğursuz oldu. Çünki millimiz ilin əvvəli ilə müqayisədə sonluğu çox bərbad göstərici ilə başa vurdu-15. Bu o deməkdir ki, ilə 97-ci pillədə başlayan Berti Foqtsun komandası il boyu uğursuz çıxışların məntiqi nəticəsi olaraq, ili 112-ci yerdə başa vurdular. Bu isə -15 deməkdir. Komandamız seçmə mərhələdə yalnız Bakıda Qazaxıstan millisini böyük çətinliklə məğlub edə bildi. Qalan oyunlarda isə yaddaqalan nəticəmiz olmadı. Qeyd edək ki, buraya rəsmi yoldaşlıq görüşlərinin də nəticələri əlavə olunur.

Qol.Az saytı 1994-cü ildən bu yana milli komandamızın FİFA reytinqində tutduğu yerlərin araşdırmasını aparıb. AÇ-2012-nin seçmə mərhələsi millimizin tarixində 9-cu seçmə mərhələ oldu. Buna qədər komandamız AÇ-96-dan üzü bu yana bütün AÇ və DÇ-nın seçmə mərhələ oyunlarında iştirak edib. Ən yüksək nəticəmiz isə 5 xal olub (DÇ-2002, İqor Ponomaryov, AÇ-2008 Qyoko Hacıyevski, DÇ-2010 Berti Foqts). AÇ-2012-nin seçmə mərhələsi isə bu mənada rekord oldu və millimiz Berti Foqtsun rəhbərliyi altında 7 xal toplayaraq, tarixinin ən yaxşı nəticəsinə imza atdı. Bu nəticə komandamızın FİFA reytinq sıralamasındakı mövqeyinə də təsir etdi və 1999-cu ildən bu yana ilk dəfə yenidən ilk “100-lüy”ə qayıtdıq. Düzdür, sonradan Avtsriya və Türkiyəyə uduzaraq yenidən ikinci “100-lüy”ə geri döndük. Ümumiyyətlə, bu günə qədər keçirilən seçmə mərhələlər zamanı millimiz FİFA-nın reytinqində 12 dəfə müsbət yüksəlişə nail olub. Statistikaya nəzər salsaq, görərik ki, 1994-cü ilin iyunundan FİFA-nın reytinqində yer alan millimiz 2002-dək hər il reytinq sıralamasında irəliləyib. Yalnız 2002-ci ildə balans 0 olub. Yəni, ilin əvvəlindəki mövqeyimiz sona kimi dəyişməyib. 2003, 2006 və 2008-ci illərdə isə ili geriləmə ilə başa vurmuşuq. 2010-cu ilə 114-cü pillədə başlayan yığmamız reytinqi 98-ci yerdə başa vurub. Bu da komandanın il ərzində ümumilikdə 16 pillə irəliləməsi deməkdir. İndi isə 1994-cü ildən 2010-cu ilə qədər olan qrafiki sizin diqqətinizə təqdim edirik:

İl         İlin əvvəli      İlin sonu      Yekun

1994       170             147        +23    pillə
1995       148             141        +7      pillə
1996       141             125        +16    pillə
1997       125             123        +2      pillə
1998       124              99         +25    pillə
1999       101              97         +4      pillə
2000       97               115        -18     pillə
2001       115             114        +1       pillə
2002       113             113         0       pillə
2003       116             119        -3      pillə
2004       114             113        +1      pillə
2005       115             114        +1      pillə
2006       114             125        -11     pillə
2007       127             115        +12     pillə
2008       116             134       -18      pillə
2009       134             114       +20      pillə
2010       114             98        +16      pillə
2011       97              112        -15     pillə
2012      111               ?              ?    pillə
 

Daha çox


Son xəbərlər
16.11.24  16:28

Fliki boğaza yığıb