“Namiq Məstanovla Elvin Məmmədov arasındakı məsələni mətbuatdan oxudum. Düzdür, mən “Turan”da rəhbər post tutanda hər iki şəxs o komandada idi. Ancaq biz elə struktur qurmuşduq ki, heç kim bu cür hərəkətlər edə bilməzdi. Açığı, Məstanovun bu hərəkəti mənə də təəccüblü gəldi və ondan bunu gözləməzdim. Axı, onunla Elvinin münasibəti çox yaxın idi”.
Bu sözləri Qol.Az-a açıqlamasında “Turan”ın sabiq vitse-prezidenti, AFFA İcraiyyə Komitəsinin sabiq üzvü Yaşar Sultanov deyib.
Sultanov son vaxtlar “Bakı”nın futbolçusu Elvin Məmmədovla AFFA nümayəndəsi Namiq Məstanov arasındakı qalmaqala münasibət bildirərkən Elvini də günahlandırıb: “Bu məsələdə bizim qeyri-peşəkarlığımız bir daha üzə çıxıb. Birincisi, Namiq axı, menecer deyil. Kimsə hansısa futbolçuya hansısa kluba keçidinə görə kömək edə bilər. Amma, menecerlik başqa şeydir və burada hüquqi əsaslar rol oynayır. Səhv etmirəmsə, tranferlər zamanı menecerin haqqı 10-15 faiz civarında olmalıdır. İkincisi, Elvin milli komandanın futbolçusudur. Əgər o, özünə peşəkar menecer tapa bilmirsə... Mən başa düşmürəm, deyək ki, sabah Elvin “Arsenal”a getsə, müqaviləyə Namiq Məstanov imza atacaq? Yenə deyirəm, bu məsələlərdə də peşəkar fəaliyyət lazımdır. Mən bu məsələdə AFFA-nı da zəruri addımlar atmağa çağırıram”.
Qeyd edək ki, bir neçə gün öncə Qol.Az-a müsahibəsində Elvin, "Bakı"ya transferi zamanı Məstanovun onun haqqını yediyini demişdi.
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı