Bu gün “Xəzər Lənkəran” Futbol Klubu noyabrın 29-da keçirilən «Simurq» - «Xəzər-Lənkəran» oyununda baş verən hadisələrlə bağlı Peşəkar Futbol Liqasına məktub ünvanlayıb. Qol.Az-ın məlumatına görə, məktubda referi Zöhrab Qədiyevin oyunu səriştəsiz idarə etdiyi bildirilir: «Simurq” - “Xəzər Lənkəran” oyununda referi Zöhrab Qədiyevin səriştəsiz idarəçiliyi oyunun nəticəsinə təsir etmiş səhvlərin buraxılmasıyla ciddi narazılığımıza səbəb olub». «Xəzər-Lənkəran» konkret olaraq üç epizodun üzərində dayanıb:
- 32-ci dəqiqədə “Xəzər Lənkəran”ın qapısına ilk qol vurularkən rəqib futbolçunun (Georgi Bolkvadze) əllə oynaması;
- 87-ci dəqiqədə hesab 2:1 rəqibimizin xeyrinə olarkən rəqib müdafiəçinin oyunçumuz Rahid Əmirquliyevə qarşı cərimə meydançası hüdudlarında kobud oynaması
Məktubda bildirilir ki, referi Qədiyev yuxarıda sadalanan üç epizodda aşkar qayda pozuntusuna göz yumub: “Xəzər-Lənkəran” Futbol Klubu peşəkar yarışın bu dərəcə aşağı səviyyədə idarə olunmasına etiraz edir. Biz hesab edirik ki, Zöhrab Qədiyevin bu səhvləri təsadüfdən irəli gəlməyə də bilərdi. Çünki bir oyunda nəticəyə təsir etmiş üç səhvin buraxılması qətiyyən xırda və adi bir şey deyil. Klubumuz bu səhvlərin hakimin qərəzindən irəli gəldiyini düşünür və onun idarəçiliyinin AFFA-nın Nizam-İntizam Qaydalarının “Oyun nəticəsinin ləğv edilməsi” bəndinə əsasən dəyərləndirilməsini tələb edir. Burada qeyd olunub ki, “oyunun nəticəsinə təsiredici hallar aşkar edildikdə nəticə ləğv olunur”. Biz hesab edirik ki, bir oyunda buraxılmış nəticəyə təsir etmiş üç kobud səhv “nəticəyə təsiredici hall” kimi dəyərləndirilə biləcək hər-hansı bir səbəbdən irəli gəlmiş qərəzdən doğur. Buna əsasən, xahiş və tələb edirik ki, oyunun nəticəsi ləğv edilsin və “Simurq”la münasibətlərimizi normal hakimlik şəraitində, idman prinsiplərinə uyğun şəkildə müəyyənləşdirməyə imkan verilsin. Biz xahiş edirik ki, məsələylə bağlı ədalətli qərar çıxarmaq üçün ciddi araşdırma aparılsın. “Xəzər Lənkəran” Futbol Klubu Zöhrab Qədiyevin hakimliyi barəsində ölçü götürülməsini ciddi şəkildə tələb edir və dünənki oyunda baş verənlərin əsl səbəblərinin üzə çıxarılmasına nail olmaq niyyətindədir. Biz inanırıq ki, nə siz, nə də hörmətli AFFA prezidenti Rövnəq Abdullayev referi Qədiyevin hər iki qurumun adına xələl gətirməsinə imkan verəcək.
Xatırlatmaq istərdik ki, bu hakim artıq bir dəfə səriştəsizliyi, daha doğrusu, qərəzli idarəçiliyinə görə hakimlikdən ömürlük uzaqlaşdırılıb. Görünür, həmin cəza əsassız olmayıb və o indiyədək peşman olmamış və tutduğu yoldan çəkilməyib. İnanırıq ki, qarşısına ölkə futbolunu inkişaf etdirmək kimi ali məqsəd qoymuş bir qurumun rəhbəri olaraq, qabartdığımız məsələlərlə bağlı ölçü götürəcəksiniz».
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi