«Həyatımda ən ağır məşqi Petrjelanın birinci təlim-məşq toplanışında keçmişəm». Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya mətbuatına müsahibəsində Moskva «Dinamo»sunun hücumçusu Aleksandr Kerjakov deyib. Rusiya yığmasının və «Sevilya»nın sabiq forvardı bir vaxtlar «Neftçi»ni çalışdırmış Vlastimil Petrjelanın rəhbərliyi altında «Zenit»də gümüş medal əldə edib: «Bir həftə topsuz məşq etdik. Səhər xizək, günorta kross, axşam da trenajor zalında. Mən də xizəklə gedə bilmirdim. Ona görə bir küncə çəkilib sakit dayanırdım». Həmkarımızın «Eşitmisən ki, Petrjela ruhi xəstəxanaya düşüb» sualını Kerjakov belə cavablandırıb: «Oxumuşam ki, o hansısa klinikadadır. Hələ yayda onu Ulyanovska müqavilə bağlamağa çağırmışdılar. Yerli «Volqa» klubunda mənim qardaşım oynayır. O, danışırdı ki, Petrjela 3 gün oteldə öz nömrəsindən çıxmadı. İnsanlar heç nə başa düşmürdülər. Əlbəttə, belə vəziyyətdə heç kim onunla müqavilə bağlamadı. Bəzi insanların böyük nailiyyətdən başları gicəllənir. Petrjela 2003-cü ildə «Zenit»i qəbul edəndə gümüş medal qazanacağı ağlına da gəlmirdi. Buna qədər heç kim bu məşqçini tanımırdı. Peterburqda isə o böyük şöhrətlə üzləşdi. Azarkeşlərin sevgisi, yaxşı pul. Hər şey birdən qutardı və Vlasta heç kimə lazım olmadı. Kimsə bunu qəbul edə bilir, amma elə adamlar da var ki, «sınırlar»». Kerjakov «Neftçi»nin sabiq baş məşqçisinin saatlarla kazinoda ruletka önündə oturduğunu da deyib.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi