9 ildən sonra
“Bakı” klubu Premyer Liqada ardıcıl 3-cü dəfə ev oyununda məğlub olub. Martın 7-də “Neftçi”yə 1:3, 11-də “İnter”ə 0:1 hesabı ilə yenilən bakılılar ayın 24-də “Qarabağ”a 1:2 hesabı ilə uduzaraq öz meydanında ardıcıl 3-cü dəfə uduzub. Komanda “Bakı” adı altında çıxış etdiyi 2004-cü ilin yayından sonra belə uğursuz seriyaya malik olmamışdı.
Klub tarixinin sonuncu belə seriyası 2002-03-cü illərdə komanda “Dinamo-Bakılı” adlanan vaxt qeydə alınıb. 2001/02 mövsümünün son 2 ev oyununda “Turan”a 0:1, “Ümid”ə 0:3 uduzan paytaxt təmsilçisi 9 il əvvəl - 2003/04 mövsümünün startında “Şəfa”ya 1:2, “Turan”a 0:1 hesabı ilə uduzaraq 4 ev oyununu xalsız başa vurmuşdu.
Klub tarixinin ən uğursuz ev seriyası 2001-ci ilin mart-oktyabr aylarında qeydə alınıb. Həmin vaxt komanda ardıcıl 7 ev matçında uduzub.
xxx
Zaqatalanın “Simurq” klubunun futbolçusu Anatoli Doroş yeni komandasında qol hesabını açıb. Premyer Liqanın XXV turunun “Sumqayıt”la oyununda qol sevinci yaşayan moldovalı legioner bununla da Azərbaycan rekorduna sevinib. Belə ki, o, Premyer Liqada 5 klubun heyətində qol vuran ilk legioner olub.
Bunadək Doroş “MKT-Araz”da 8, “Standard”da 4, “Karvan”da 6, “Olimpik”də 12 qol vurmuşdu. Premyer Liqada 84-cü matçında 31-ci qoluna imza atan Anatoli bu matçadək rekordun şəriki olan Leonardo Roşa və Tagim Novruzovu arxada qoyub. Braziliyalı futbolçu “Standard”, “İnter”, “Bakı” və “Qarabağ”ın heyətində qol sevinci yaşayıb. Novruzov isə “Simurq”, “Turan”, “Muğan” və “Rəvan”da bunu bacarıb.
Premyer Liqanın mütləq rekordu 10 klubun heyətində qol vuran Kənan Kərimova məxsusdur. O, “Şəmkir”, “Turan”, “Kəpəz”, “Viləş”, “Qəbələ”, MOİK, “Pambıqçı” (Bərdə), “Karvan”, “Qarabağ”, “Avtomobilçi”nin heyətində qol vurub. Legioner rekordçu isə Kənanın rekordunu yalnız yarılaya bilib.
Yunis Hüseynovun 50-ci “sülh”ü
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov yeni klubunda ilk xalını qazanmaqla, həm də karyerasında 50-ci bərabərliyə nail olub. Belə ki, “Neftçi” ilə Premyer Liqanın XXV turundakı 1:1 hesablı heç-heçəyədək Hüseynovun komandaları 49 heç-heçə etmişdi.
“Karvan”da 44 bərabərlik görən mütəxəssis 36 dəfə Premyer Liqa, 7 dəfə Azərbaycan kuboku, 1 dəfə isə UEFA kubokunda qalibin müəyyənləşməməsinə şahid olmuşdu. “Standard”ın Hüseynovun rəhbərliyi altında imza atdığı heç-heçələrin 5-i də çempionatda olubsa, “Xəzər Lənkəran” da ilk bərabərliyi Premyer Liqada əldə etdi.
Hacıyevdən Sxadadzeyə yubiley qolu
Bakının “İnter” klubu baş məşqçisi Kaxaber Sxadadzenin rəhbərliyi altında Premyer Liqada 100-cü qolunu vurub. XXV turun “Qəbələ” ilə səfər oyununda rəqib qapısına yol tapan Nizami Hacıyev Sxadadzenin yetirmələrinin yubiley qolunun müəllifi olub.
“İnter” Sxadadzenin rəhbərliyi altında 2009/10 mövsümündəki 32 oyunda 47 (təsnifat mərhələsi 36, final mərhələsi 11), 2010/11 mövsümündəki 32 matçda isə 29 qol (təsnifat mərhələsi 24, final mərhələsi 5) vurmuşdu. Cari mövsüm təsnifat mərhələsini 21 qolla tamamlayan paytaxt təmsilçisinin final mərhələsindəki 3-cü qolu yubiley əhəmiyyətli oldu.
Qeyd edək ki, Sxadadzeyə qədər legioner baş məşqçilərdən yalnız ikisi Premyer Liqada 1 klubda 100-dən artıq qol sevinci yaşamışdı. Valentin Xodukin “İnter”də 146, Roman Pokora “Simurq”da 128 qol görmüşdü.
Mənbə: PFL-in rəsmi saytı
PSJ-dən rekord göstərici
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi