Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Andrey Tveryankin Rusiya Mini Futbol Assosiasiyasının rəsmi internet saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, o, DÇ-2012-nin Rusiya ilə pley off oyunları haqda fikirlərini açıqlayıb:
- Andrey, ilk sual qaçılmazdır: Azərbaycan milli komandası üçün Tveryankinin yoxluğu nə dərəcədə itkidir?
- Mən düşünmürəm ki, bu böyük itkidir. Rusiya Superliqasındakı son oyunlar göstərdi ki, mən yaxşı formada deyiləm. Üstəlik mən indi Azərbaycanda deyiləm. Axı məhz bir klubda oynayıb uyğunlaşmağımız yığmamızın ən əsas üstünlüyü idi. İstənilən qapıçı möcüzə yaratmaq iqtidarındadır. Azərbaycan yığmasının ikinci qapıçısı da istisna deyil. Ümid edirəm ki, o, bunu Bakıdakı ilk matçda edəcək.
- İstər-istəməz Avropa çempionatının Serbiya ilə oyunu yada düşür. 8:9 hesabı ilə uduzduğunuz qarşılaşmanın startında meydandan qovuldunuz...
- Bu, yığmamızın ikinci qapıçısının heç də ən yaxşı oyunu deyildi. Belə hal da istənilən qapıçı ilə baş verə bilər. Mən həmin qarşılaşma haqda fikir yürüdə bilmərəm. Axı qırmızı alandan sonra məni zaldan kənarlaşdırdılar və ora buraxmadılar.
- Daha 1 itki isə müdafiəçi Rizvan Fərzəliyevin cəza üzündən 3 oyunu buraxmasıdır...
- Rizvan və mən əsas heyətin üzvləriyik. Bu isə itkinin nə dərəcədə ağır olduğunu göstərir. Həm də ki, mini futbolda şəxsiyyətlər çox şey həll edir. Düşünürəm ki, baş məşqçimiz Joze Alesio hər dəfə kadr problemi ilə üzləşdiyi kimi yenə az oyunçu ilə qarşılaşmanı keçməyə çalışacaq. Bəli, oyunçu az olanda onlar parket üzərində can versələr də, nəticə qazanırlar. Üstəlik indi Kaka da bizim komandada oynayacaq ki, o da təcrübəli futbolçudur və kifayət qədər Rusiya Superliqasında oynayıb.
- Ümumiyyətlə sizin DÇ-2012-nin "play-off" mərhələsinin püşkünə münasibətiniz necə oldu?
- Burda məsələnin 2 tərəfi var. Birincisi, mən həmişə Rusiya yığmasına qarşı oynamaq istəmişəm. Avropa çempionatında belə imkan var idi. Lakin biz qrupdan çıxa bilmədik. Bu uşaqlara qarşı Superliqada da oynayıram, lakin bu faktın özü vacibdir. Bəlkə də bu ambisiyalarla bağlıdır. Digər tərəfdən isə daha zəif komandalar var idi ki, onları məğlub edib dünya çempionatına yüksələ bilərdik. Burada bütün ambisiyalardan vaz keçib nəticəni düşünməlisən. Axı Tailanddakı mundial Azərbaycan üçün komandanın tarixində ilk belə yarış ola bilər. Özü də ki, hamıya məlum olduğu kimi həmişə ilkə imza atanları xatırlayırlar.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı