Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı məlumata görə, Azərbaycan kubokunun 1/4 final oyununun “Kəpəz” – “Neftçi” matçının 90+3-cü dəqiqəsində yerli komandanın futbolçusu Nikolay Svejentsev kobud oyun səbəbindən birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu iki oyunluq cəzalanıb, klub iki min manat cərimə olunub.
Unibank Premyer Liqanın XXIV turunun “Simurq” – “Turan” matçının 73-cü dəqiqəsində “Turan”ın futbolçusu Aftandil Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq, klub iki yüz manat cəzalanıb.
Unibank Premyer Liqanın XXIV turunun “Kəpəz” – “Sumqayıt” matçında “Kəpəz” klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.
Unibank Premyer Liqanın XXIV turunun “Qarabağ” – “Qəbələ” matçında hər iki klubun dörd futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub min manat cərimə edilib.
Unibank Premyer Liqanın XXIV turunun “Rəvan” – AZAL matçında “Rəvan” klubunun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.
Unibank Premyer Liqanın XXIV turunun “İnter” – “Neftçi” matçının 75-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə etməyə başlayaraq matçın üç dəqiqə dayanmasına səbəb olublar. Bu hadisəyə görə “Neftçi” klubu iki min manat cərimə olunub.
Matçın 77-ci dəqiqəsində “Neftçi” klubunun məşqçisi Kamal Quliyev texniki zona qaydalarını pozduğu üçün məşqçi bir oyunluq cəzalanıb, klub min manat cərimələnib.
Unibank Premyer Liqanın XXIV turunun “Xəzər Lənkəran” – “Bakı” matçında “Bakı” klubunun klubunun beş futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub min manat cərimə olunub.
Azərbaycan I divizionunun XXI turunun “Muğan” – “Bakılı” matçında hər iki klubun dörd futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub yüz manat cərimə olunub.
Premyer Liqa klubu Kenan Yıldızla maraqlanır
Zədəsinə görə millinin məşqini buraxdı
Almaniya - Kot-d’İvuar matçının heyətləri açıqlandı
Niderland da 100-ü keçdi
İtaliyalı futbolçu yüksək maaş tələb edir
"Real"dan Olise açıqlaması
Daha 1 il “Şahdağ Qusar”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
Niderland - İsveç: Heyətlər
"Turan Tovuz"da 2 ayrılıq
“Neftçi” onunla müqaviləni yenilədi
Millinin baş məşqçisi start heyəti planından danışdı
"Türk xalqını məyus etdiyim üçün üzr istəyirəm"
“Zirə”dən yeni transfer
Bölgə klubu məşqçisini göndərdi
"Vaxt itirəcəksən və mundiala hazır olmayacaqsan"
“Neftçi” heyətini braziliyalı futbolçu ilə gücləndirdi
"Xəcalət çəkirik, utanırıq" - Arda Güler
"Qarabağ" Avstriya klubu ilə qarrşılaşacaq
"Zirə" onunla yolları ayırdı