"Hazırda komandada yüksək əhval-ruhiyyə var. Komandamız uzun müddət bir yerdə oynayan futbolçulardan qurulub. Bunların sırasında Samir Naik daha çox fərqlənir".
Qol.Az-ın məlumatına görə, bu sözləri Hindistan millisinin müdafiəçisi Quramanqi Moiranqzem ölkəsinin mətbuatına açıqlamasında deyib.
19 yaşlı futbolçu fevralın 27-də Azərbaycan millisi ilə keçirəcəkləri oyuna da toxunub: "Gələn ay start götürəcək "Challenge Cup 2012" turniri öncəsi Dubayda təlim-məşq toplanışı keçəcəyik.
Həmin müddətdə Oman və Azərbaycan yığmaları ilə yoldaşlıq görüşləri keçirəcəyik. Bu görüşlər də bizim üçün mühüm əhəmiyyət daşıyır. Əminəm ki, yaxşı hazırlıq prosesi keçəcəyik. Çünki əvvəlki təlim-məşq toplanışlarının da bizə faydası olub. Qarşıda bizi mötəbər turnir gözləyir. Komandada hər kəs üzərinə düşən məsuliyyəti yaxşı dərk edir".
Qeyd edək ki, fevralın 27-də keçiriləcək Azərbaycan - Hindistan oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Messi 39 yaşında
Didye Deşama ağır itki
İngiltərə - Qana: Heyətlər
23 illik yaş fərqi ilə eyni meydanda
FİFA-dan pley-off mərhələsi üçün yeni penalti qaydası
Ronaldodan yeni rekord
"Qarabağ" Avstriya toplanışına start verdi - Video
"İpsviç Taun"da yeni baş məşqçi
"Barselona" qapıçısı ilə yollarını ayırdı
Portuqaliya - Özbəkistan matçının heyətləri açıqlandı
"Real"a keçəndən sonra təhdid olunur
Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı
"Şəfa"dan 1-ci liqa klubuna keçdi