Türkiyə Superkuboku təxirə salındı

Türkiyə Superkuboku təxirə salındı
DÜNYA FUTBOLU 19 İyul 2011 / 22:25 2506
-  A +

Bu gün Türkiyə Futbol Federasiyası (TFF) idarə heyətinin iclası keçirilib. Qol.Az-ın məlumatına görə, tədbirdə çıxış edən TFF-nın prezidenti Mehmet Əli Aydınlar "Fənərbaxça" və "Beşiktaş" arasında keçirilməli olan Türkiyə Superkubokunun təxirə salındığını bildirib.

Aydınlar eyni zamanda Türkiyə Superliqasının təxirə salınıb-salınmayacağına da aydınlıq gətirib: "Bu gün keçirilən iclasda danışılmış oyunlarla bağlı verdiyimiz qərarları açıqlayıram. Avqustun 31-də "Fənərbaxça" və "Beşiktaş" arasında keçirilməli olan Türkiyə Superkuboku təxirə salınıb.

Türkiyə Superliqasına gəldikdə isə bu prokurorluqdan gələcək nəticələrdən asılıdır. Ona görə də, bu məsələyə yaxın günlərdə aydınlıq gətirəcəyik. Artıq bu barədə UEFA-ya da məlumat vermişik".


Son xəbərlər