"Fənərbaxça" Türkiyə Superliqasının 5-ci turunda da xal itkisinə məruz qalıb.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisi sentyabrın 14-də "Qaziantep"lə səfər matçında heç-heçə (0:0) edib. Bu nəticədən sonra 5 oyundan 7 xal toplayan İsmail Kartalın komandası turnir cədvəlində 11-ci yeri tutur və lider "Qalatasaray"dan 6 xal geri qalır. Çempionluğa oynayan komandanın bu uğursuz çıxışını həm media, həm azarkeşlər tənqid edir.
Futbol eksperti Nihat Kahveci "Kontraspor" YouTube kanalında qarşılaşmanı dəyərləndirərkən deyib:

“280 milyon avroluq heyət qurulub. 18 ildən sonra Çempionlar Liqasına vəsiqə qazanan “Fənərbaxça”… Çempionlar Liqasının himnini dinlədi, hamımız sevindik. Böyük uğurdur. Amma Antep səfərində daha 2 xal itirildi. Liqada 5 oyun və cəmi 7 xal. Bu, zarafatdır! “Fənərbaxça” azarkeşlərinin indi nə qədər üzgün olduğunu bilmirəm. Çempionlar Liqasında “Roma” ilə oyunda 1 xal qazandıqdan sonra bu xaosu niyə yaradırsınız? “Fənərbaxça” azarkeşlərinin heç olmasa 1 saat sevinməyə haqqı yoxdur? Matçdan sonrakı xaosdan danışıram. Allah sizə səbir versin, həqiqətən”.
“13-cü mövsümdür. "Çempion olacağıq" deyən Aziz Yıldırım və rəhbərlik… 18 ildən sonra Çempionlar Liqasına vəsiqə qazanılan uğurlu dövr. Liqaya qayıdanda isə 5 oyunda 7 xal. Bunun izahı ola bilməz.Liqada 11-ci yerdəsən, qarşında 10 komanda var. Məsələ “Qalatasaray”ın 13, “Beşiktaş”ın 12 xal toplaması deyil. Digərlərini necə keçəcəksən? Böyük məyusluqdur! Hazırda fəlakət ssenarisi var. PAF komandasını (əvəzedici heyət - QOL.az) meydana buraxsan, 8 xal toplayar”.
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər
"Sabah" "Şəfa"ya qalib gəldi
"Aparıcı klublarda keyfiyyətli hücumçu yoxdur"
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Neftçi” onunla yolları ayırdı
"Epizodu 20 dəfə izləmişəm, penalti qərarını anlamadım"
Baş məşqçi komandaya gəlməsinə razılıq vermədi
2-ci liqada 3-cü tura yekun vuruldu
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
“Şəfa” - “Sabah”: Heyətlər
Runi Mançester derbisinin hakimliyini sərt tənqid etdi
Azərbaycanı Avropa çempionatında təmsil edəcək boksçular
"Neftçi" onunla müqaviləni uzatdı
Marselo Qalyardo rəsmən Ekvador millisində
“Sumqayıt” rəhbərliyinin uğursuz seçim fəlsəfəsi
“Qalatasaray”a "yox" dedi
"Qarabağ"ın yeni transferi: "Bu qərarı baş məşqçi verir"
Mourinyo Arda Güleri təriflədi: "Fantastik potensial"
Nə Azərbaycanda işi yarıtdı, nə də Serbiyada
"İmişli"dən "Şəfa"ya
"Liverpul" rekord transfer üzərində işləyir
Brozoviç rəsmən Qətər klubunda
"Qarabağ"ın məqsədi çempion olmaqdır” - Bense Varkonyi
Mendi milli karyerasını başa vurdu