“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov

“Mahir bu gün bizim ən yaxşı oyunçumuzdur" - Ayxan Abbasov
ÖLKƏ FUTBOLU 4 Sentyabr 2026 / 13:12 745
-  A +

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov ölkə xaricində çıxış edən yığma üzvlərinin oyunlarını yenidən canlı izləmək üçün səfərə çıxacaq.

O, QOL.az-a müsahibəsində bu barədə özü məlumat verib.

Ayxan Abbasov Polşanın “Rakuv” klubunun hücumçusu Mahir Emreli və “Erzurumspor”da (Türkiyə) oynayan digər hücumçu Nəriman Axundzadənin oyunlarını stadiondan canlı izləmək fikrindədir: “Mahir Emreli və Nəriman Axundzadənin oyunlarını izləmək istəyirəm. Gələn həftə yəqin ki, Polşa və Türkiyəyə səfərimiz olacaq. Bu futbolçularımızı yaxından izləmək fikrindəyəm”.

Millinin çalışdırıcısı Mahir Emrelinin yeni klubundakı performansından, ardıcıl qollar vurmasından da danışıb: “Əlbəttə, Mahirin potensialına bilirdik. Onu Fransa ilə oyuna buraxanda hamı məni tənqid edirdi. Deyirdilər, Mahir nə oynayır ki... Amma biz bu günü fikirləşirdik. Mahir indi bizim ən yaxşı oyunçumuzdur. Bu gün onun belə performans göstərməsinə çox sevinirik”. 

A.Abbasov Emrelinin klubda qollar vursa da, millidə həmin oyunu sərgiləyə bilməməsi ilə bağlı tənqidlərə isə qısa cavab verib: “İnşallah, millidə də qollar vurar”.

Qeyd edək ki, Mahir Emreli cari mövsüm “Rakuv”un heyətində bütün turnirlərdə 11 oyunda 6 qol vurub, 1 məhsuldar ötürmə edib. O, son dəfə dünən Polşa çempionatının 6-cı turunda “Qurnik”lə (Zabje) matçda (1:2) rəqib qapısına yol tapıb.

Ramiq Ağaməmmədov


Qarabağ FK
Son xəbərlər
topaz banner