Misli Premyer Liqasında 2026/27 mövsümünün 3-cü turu çərçivəsində "Kəpəz" "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəlib.
QOL.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Məmmədov oyundan sonra fikirlərini bölüşüb:
“Əvvəla, bu stadionun ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Yeni arenada ilk oyunumuz idi və qələbə bu hadisənin sevincini daha da artırdı. Azarkeşlərin dəstəyi möhtəşəm idi. Ümid edirəm ki, ölkəmizdə hər oyunda tribunaları belə dolu və azarkeşləri bu qədər həvəsli görəcəyik.
Oyuna gəlincə, çox güclü rəqiblə qarşılaşdıq. “Turan Tovuz”un oyununu təhlil edərkən müdafiə xəttinin yüksək təşkilatlanmasını qeyd etmişdim. Buna baxmayaraq futbolçularıma təşəkkür edirəm, onlar möhtəşəm oyun nümayiş etdirdilər. İlk 15-20 dəqiqədə həyəcan səbəbindən meydanda bir qədər zəif təsir bağışladıq. Lakin oyun ərzində tarazlığı bərpa edə bildik. Sonda isə çox vacib qələbə qazandıq”.
Mütəxəssis Gəncədən olan məşqçinin şəhərdə keçirdiyi ilk oyunda prinsipial rəqib üzərində qələbə qazanmasının yaratdığı ab-havaya da münasibət bildirib:
“Kəpəz”də mütləq Gəncədən olan məşqçinin çalışmalı olduğu fikri ilə qətiyyən razı deyiləm. Bu, yanaşma doğru olmaz. Mütəxəssisin Azərbaycanın başqa bölgəsindən və ya xaricdən olmasının fərqi yoxdur. Bu vəzifəni ona ən çox layiq olan şəxs tutmalıdır. Keçmişə nəzər salsaq, burada müxtəlif bölgələrdən olan məşqçilər uğurla çalışıblar.
Mən bu gün buradayam, çünki klub mənə etimad göstərib. Azarkeşlərimiz qələbəyə hər zaman həsrətdirlər və onlar buna layiqdirlər. Biz də öz növbəmizdə onları sevindirmək üçün əlimizdən gələni edirik”.
"Beşiktaş" onu göndərdi
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama