Tahir Gözel də “Sabah”ı təbrik etdi

Tahir Gözel də “Sabah”ı təbrik etdi
XƏBƏR 26 Avqust 2026 / 01:21 920
-  A +

“Qarabağ”ın prezidenti Tahir Gözel “Sabah”ı Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

QOL.az xəbər verir ki, "Sabah" ilk görüşdə 1:2 hesabı ilə uduzsa da, cavab matçında 5:2 hesabı ilə qalib gəlib. T.Gözel bu oyunu Tofiq Bəhramov adına Respublika Stadionundan izləyib.

O, görüşdən sonra Ağdam təmsilçisinin mətbuat xidmətinə açıqlama verərək paytaxt klubuna Liqa mərhələsində uğurlar arzulayıb: 

“Sabah” Futbol Klubunu bu mühüm uğur münasibətilə ürəkdən təbrik edirəm. Belə bir qələbəyə stadiondan şahidlik etmək mənim üçün xüsusi qürur və sevinc idi. Azərbaycan bayrağının Çempionlar Liqasının Liqa mərhələsində yenidən dalğalanacaq olması bu nəticəni bizim üçün daha da dəyərli edir və bütövlükdə futbolumuz ilə xalqımız adına böyük nailiyyətdir. “Sabah” Futbol Klubuna “Qarabağ” Futbol Klubu adından Çempionlar Liqasının Liqa mərhələsində uğurlar arzulayıram və komandaya bu mötəbər turnirdə layiqli çıxış arzu edirəm”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner