“Neftçi” - "Dinamo" oyununda 5-ci qol - Yenilənir

“Neftçi” - "Dinamo" oyununda 5-ci qol - Yenilənir
KONFRANS LİQASI 22 İyul 2026 / 21:18 6117
-  A +

“Neftçi” 2026/27 mövsümündə UEFA Konfrans Liqasındakı mübarizəyə başlayır.

QOL.az xəbər verir ki, “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”su ilə üz-üzə gəlir. Hazırda “Dinamo” 14 turdan sonra Belarus çempionatının lideridir.

Bakıdakı “8-ci kilometr” stadionunda keçiriləcək görüş yerli vaxtla saat 20:00-da başlayıb. Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək.

Xatırladaq ki, “Neftçi” avrokuboklarda (Konfrans Liqası) sonuncu dəfə 2023/24 mövsümündə çıxış edib.

Əlavə edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Zirə” isə növbəti oyununu sabah Estoniyada yerli “Payde”yə qarşı keçirəcək.

20:00. "Neftçi" - "Dinamo" - 2:3 (İkinci hissə)

Qollar:  Emin Mahmudov, 2, İqor Ribeyro, 8 - Karen Vardenyan, 36, 57 Yevgeni Malaşeviç, 47

Baş hakim: Kostas Fellas, Kipr

(8-ci km stadionu)

Daha çox


Son xəbərlər
topaz banner