Bu yay “Qarabağ”da Ukraynanın “Polesye” komandasına keçən Leandro Andrade transferi ilə bağlı növbəti dəfə danışıb.
QOL.az xəbər verir ki, Kabo-Verdeli futbolçu yeni klununun mətbuat xidmətinə açıqlamasınds Ağdam təmsilçisində keçirdiyi illəri unutmayacağını bildirib:
“Dörd il yarım ərzində evimə çevrilmiş yeri tərk etmək asan deyil. Orada ömürlük dostlar qazandım və azarkeşlərin böyük sevgisini hiss etdim. Məni tez-tez “qızıl oğlan” adlandırırdılar.
Avropada qalmaq və inkişaf etməyə çalışan klubda oynamaq istəyirdim. Burada çıxış etmiş bəzi futbolçularla danışdım. Bu söhbətlər klubun necə işlədiyini daha yaxşı başa düşməyimə kömək etdi və qərarıma ciddi təsir göstərdi”.
O, “Qarabağ”dakı sabiq komanda yoldaşı Aleksey Kaşukun “Polesye” barədə dediklərini də açıqlayıb:
“Klubun adını çəkəndə dərhal “get” dedi. Bu, onun ilk reaksiyası oldu. Kaşuk Ukraynanın çox yaxşı ölkə olduğunu, insanların mehriban davrandığını və özümü evdəki kimi hiss edəcəyimi söylədi. Mənə elə gəlir ki, buradakı mentalitet Portuqaliya və hətta Kabo-Verde mentalitetindən çox da fərqlənmir”.
Futbolçu Ukraynaya yollanmazdan əvvəl “Qarabağ”ın ukraynalı fizioterapevti ilə də məsləhətləşdiyini bildirib: “Mənim üçün müəyyən risklər var idi. Müharibə ilə bağlı kifayət qədər məlumatlı olmayan əcnəbi üçün bu, narahatlıq yarada bilər. Amma uzun müddətdir Ukraynada oynayan çoxlu legioner var və xoşbəxtlikdən, onların başına heç nə gəlməyib”.
Andrade karyerasının ən yaddaqalan matçının “Benfika”ya qarşı oyun olduğunu vurğulayıb:
“Uşaqlıqdan azarkeşlik etdiyim kluba qarşı Çempionlar Liqasında oynadım. Həmin görüşdə qol vurmağı və 3:2 hesablı qələbə qazanmağı bacardıq”.
O, Konfrans Liqasındakı mümkün rəqiblər barədə də danışıb:
“Ötən mövsüm “Qarabağ” “Kopenhagen”lə qarşılaşmışdı. Bu, çox güclü komandadır. Biz 1:0 hesabı ilə öndə olsaq da, onlar təşəbbüsü ələ aldılar. Bununla belə, biz də qol vurduq. İstəyirəm ki, komandamız Konfrans Liqasında uğurlu çıxış etsin. Rəqibin kimliyindən asılı olmayaraq, hər zaman özümüzə inanmalıyıq”.
"Fənərbaxça"dan qələbə
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək
"Neftçi"nin səviyyəsi yüksəkdir" - "Dinamo"nun baş məşqçisi
Tanınmış hakim karyerasını bitirdi
"Sabah" - "KuPS": Heyətlər
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
"Bavariya" onunla müqaviləni uzatdı
"Yuventus"un yeni formaları - Şəkillər
"Zirə" "Göztepe"nin sabiq futbolçusunu aldı
AFFA-nın stadionunun yeni ot örtüyü - Şəkillər
Emin Mahmudov: "90 illiyimizə görə böyük motivasiyamız var"
"İmişli"də latviyalı mütəxəssis
"Şəfa" yeni transferini açıqladı
Zidan Fransa millisinin baş məşqçisi təyin olundu
"İmişli" 5 qolla qalib gəldi
“Sabahın Ulduzları”: Sabahdan daha uzağa uzanan yol
"Qəbələ"də nigeriyalı futbolçu