"Ayaks" braziliyalı hücumçu transfer etdi

"Ayaks" braziliyalı hücumçu transfer etdi
DÜNYA FUTBOLU 17 İyul 2026 / 22:56 513
-  A +

Niderlandın "Ayaks" klubu braziliyalı hücumçu Markos Leonardonun transferini rəsmən açıqlayıb.

QOL.az xəbər verir ki, Amsterdam təmsilçisi 23 yaşlı futbolçunu Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan heyətinə qatıb.

Tərəflər arasında 2031-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Transferin dəyərinin 20 milyon avroya yaxın olduğu bildirilir. 

Qeyd edək ki, hücumçu Səudiyyə Ərəbistanı klubunun heyətində keçirdiyi 82 rəsmi oyunda 48 qol vurub. O, həmçinin Braziliya millisinin formasını da geyinib.


Dünya Çempionatı 2026
Son xəbərlər
17.07.26  10:30

PSJ-də yeni müqavilə

topaz banner