"Qarabağ"dan "Vestri"yə 3-cü qol - Yenilənir

"Qarabağ"dan "Vestri"yə 3-cü qol - Yenilənir
AVROKUBOKLAR 17 İyul 2026 / 01:15 6195
-  A +

Bu gün "Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə cavab oyununa çıxır.

QOL.az xəbər verir ki, "Thróttarvöllur" stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 00:00-da başlayıb. Görüşü Çexiyadan olan hakimlər briqadası idarə edir.

Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı. 

"Vestri" Azərbaycan klublarının rəqibləri arasında yeganə komandadır ki, hazırda öz ölkəsində yüksək liqada yox, 1-ci liqada yarışır. O, kubokun qalibi qismində ilk dəfə Avropa kuboklara qatılır və debüt matçları da məhz Bakıda, "Qarabağ"a qarşı olub.

Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq. "Qarabağ" - "Vestri" cütünün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. 

00:00. "Vestri" (İslandiya) - "Qarabağ" (Azərbaycan) - 0:3 (İkinci hissə)

Qollar: Jali Muaddib, 5, Pedro Bikalyo, 29, Zakaria Savo, 57 

Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun (Çexiya)

VAR: Tomaş Koçourek (Çexiya)

AVAR: Ondrjey Berka (Çexiya)

İlk oyun - 0:3


Dünya Çempionatı 2026
Son xəbərlər
16.07.26  12:19

Tarixdə ilk

topaz banner