“İnter”in baş məşqçisi Valentin Xodukinin Qol.Az-a müsahibəsi
- “Bakı”ya məğlubiyyətdən sonra komandada əhval-ruhiyyə necədir?
- Komandada ab-hava normaldır. Düzdür, son turdakı oyunun nəticəsi bizi qane etmədi. Amma nə etmək olar? Futboldu, burada hər bir nəticəylə qarşılaşmaq mümkündür. Düşünürəm ki, məğlubiyyət istənilən komandaya pis təsir edir. Buna baxmayaraq, qarşıdakı oyunlara baxırıq. Çalışacağıq ki, “Bakı”yla matçda buraxdığımız səhvləri təkrarlamayaq.
- Həmin oyunun nəticəsini ədalətli hesab edirsiniz?
- Düşünürəm ki, “Bakı”yla oyunda məğlubiyyətə layiq deyildik. Çünki biz onlardan daha çox qol şansı yaxalamışdıq. Lakin imkanlarımızı dəyərləndirə bilmədik. Bunun da nəticəsində meydanı xalsız tərk etdik.
- “Qəbələ”ylə oyunun hazırlığı necə gedir?
- Elə bir dəyişiklik yoxdur. Plan üzrə hazırlıqlarımızı davam etdiririk. Məşqlərimiz normal keçir. Daha əvvəlki kimi gündə 2 dəfə məşq edə bilmirik. Çünki hazırda təqvimdə bir qədər sıxlıq yaranıb. Kubok oyunları da olduğundan, bəzən 3-4 gündən sonra yenidən meydana çıxmalı oluruq. Buna görə də gündə yalnız 1 məşqlə kifayətlənirik.
- Heyətlə bağlı probleminiz yoxdur ki?
- Yox, nə problemimiz ola bilər ki? Heyətimizdə kifayət qədər futbolçu var. Buna görə də oyunçu sarıdan korluq çəkmirik. Heyətimiz geniş olduğundan, meydana daha hazırlıqlı olanları buraxırıq. Heç kim əvəzedilməz deyil. Zədəlilərə gəldikdə, yalnız Vladimir Leviuin bu baxımdan problemi var. Onun durumu yavaş-yavaş düzəlir. Başqa heç bir itkimiz yoxdur.
- Rəqib haqda nə deyə bilrsiniz?
- “Qəbələ” zəif komanda deyil. Son turda səfərdə “Neftçi”ylə bərabərə qaldılar. Komandanın heyətində maraqlı futbolçular var. Digər tərəfdən də bu komandaya qarşı matçlarımız həmişə çətin keçir. Budəfəki oyunun da istisna təşkil etməyəcəyinə əminəm. Bununla belə, biz səfərə qələbə üçün yollanacağıq.
- “Qəbələ”nin oyununu izləmisiniz?
- Onların son turda “Neftçi”yə qarşı matçına baxdım. Həmin oyunda heç də pis təsir bağışlamadılar. Nəticəyə oynamağı bacarırlar. Rəqib haqda məlumatsız deyiləm, müəyyən təsəvvürlərim var.
- Belə bir fikir səslənir ki, “Bakı”ya məğlubiyyətdən sonra “Qəbələ”ylə matçda “İnter”in xal itirməyə haqqı yoxdur. Əks halda komanda çempionluq şansını azalda bilər. Bu fikirlə razısınız?
- Yox. Mən bu cür fikirləri qəbul edə bilmirəm. Hansı komandanın xal itirməyə haqqı var ki? Və ya hansı komanda xal itirmək istəyir ki? İstər lider olsun, istərsə də autsayder - hər bir komanda meydana yalnız qələbə, 3 xal üçün çıxır. İnanmıram ki, hansısa komanda meydana uduzmaq üçün çıxsın. Ona görə də bu cür fikirləri qəbul etmirəm. Düzdür, “Qəbələ”ylə oyunda meydana yalnız qələbə üçün çıxacağıq. Amma mən deyə bilmərəm ki, biz onları yüp faiz məğlub edəcəyik. Futbol gözlənilməz nəticələrlə zəngindir. Oyunda istənilən nəticə qeydə alına bilər. Kim güclüdürsə, o da qalib gələcək. Amma təbii ki, biz “Qəbələ”ni məğlub etməyə çalışacağıq. Nəticəni isə yalnız qarşılaşma başa çatdıqdan sonra tam dəqiq demək mümkündür.
- Çempionatın lideri və qızıl medallar uğrunda əsas rəqibiniz olan “Bakı” “Qarabağ”la qarşılaşacaq. Bu matç haqda nə düşünürsünüz?
- Heç nə düşünmürəm. Çünki bu mənim işim deyil.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?
Rövşən Nəcəf Ayxan Abbasovun işinə qiymət verdi
"O stadion təmirə bağlanır" - Cahangir Fərəcullayev
İllik gəlir 61 milyon manat olub - AFFA açıqladı
AFFA-nın Hesabat Konfransı keçirilir
Del Pyero İtaliya millisi haqda - "Bu, rüsvayçılıqdır"
AFFA-da klublar üçün seminar
Ronaldo hazırdır
İtaliya millisinin baş məşqçisi vəzifəsinə 3 əsas namizəd
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video