"Neftçi" Xorvatiya klubuna qarşı

"Neftçi" Xorvatiya klubuna qarşı
ÖLKƏ FUTBOLU 13 İyul 2026 / 09:28 767
-  A +

"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.

QOL.az xəbər verir ki, paytaxt təmsilçisi Xorvatiyanın "Osiyek" komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Oyun Lendava stadionunda keçiriləcək.

Xatırladaq ki,Yuri Vernidubun komandası bunadək Serbiya "Partizan"ına 0:1, Rumıniya "ÇFR Kluj"una 1:2 hesabı ilə uduzub, Serbiyanın "Radniçi NİŞ" komandasına isə 3:0 hesabı ilə qalib gəlib. 


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner