“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqası barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin ua.tribuna.com saytına müsahində çempionatın maraqlı və gözlənilməz olduğunu bildirib:
Həmçinin oxuyun: “Niyə Azərbaycanda da çempion olmayım?" - Vernidub
“Çempionat çox maraqlıdır. Yüksək liqada 12 komanda üç dövrədə mübarizə aparır. Püşk elə atılır ki, bəzi rəqiblərlə üç oyundan ikisini evdə, bəzən isə ikisini səfərdə keçirə bilərsən. Bu baxımdan maraqlı sistemdir.
Çempionat gözlənilməzdir. Turnir cədvəlinin aşağı pillələrində yer alan komandalardan nə gözləyəcəyini bilmirsən. Məsələn, “Qarabağ” “Kəpəz” kimi komandalarla matçlarda çempionluq baxımından vacib xallar itirib. Azərbaycanda kifayət qədər güclü klublar var – “Neftçi”, “Qarabağ”, “Sabah”, “Zirə”, “Sumqayıt”, “Araz-Naxçıvan”. Sadaladığım bu altı komanda daim yüksək yerlər uğrunda mübarizə aparır”.
Vernidub yoxlama oyunlarının nəticələrinə əsasən ciddi nəticə çıxarmağın düzgün olmadığını da vurğulayıb:
“Ümumilikdə, çempionat pis deyil. Baxın, hazırda təlim-məşq toplanışları gedir və Ukrayna klubları yoxlama oyunlarında “Qarabağ”la “Sabah”a qalib gəliblər. Amma bunlar sadəcə hazırlıq matçlarıdır. Heç kim bilmir ki, komandalar həmin oyunlara necə hazırlaşır. Bəziləri böyük fiziki yüklənmələr altında çalışır, digərləri isə matçlara ayrıca hazırlaşır. Buna görə də nəyisə dəqiq demək çətindir”.
“Neftçi”nin baş məşqçisi azarkeş amilinə də toxunub:
“Azarkeşlər matçlara gəlirlər, xüsusən də “Neftçi” “Qarabağ” və ya “Sabah”la oynayanda. Ötən mövsüm “Qarabağ”la evdə keçirdiyimiz iki oyunda stadion demək olar ki, tam dolmuşdu. “Neftçi”, “Qarabağ” və “Sabah”ın çoxlu azarkeşi var”.
Rafinya qayıtdı
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı