“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Serbiyanın “Radniçki Niş” klubu ilə yoxlama oyunundan (3:0) sonra klubun rəsmi saytına açıqlama verib.
QOL.az xəbər verir ki, ukraynalı mütəxəssis bəzi futbolçuları fərqli mövqedə sınaqdan keçirdiyini bildirib:
“Sınaq matçlarında əsas məsələ futbolçuları yoxlamaq, taktiki gedişlərin üzərində işləməkdir. Nəticə bir nömrəli vəzifə deyil, amma istənilən halda, qələbə qazanmaq xoşdur. Futbolçularımı təbrik edirəm. Yaxşı oyun keçirdik. Həm ilk, həm də ikinci hissədə meydana çıxan oyunçular əllərindən gələni etdilər. Bəzi futbolçuları fərqli mövqelərdə də yoxladıq. Yolumuza davam edirik. Artıq hazırlığın son mərhələsindəyik. Qarşıda daha bir oyunumuz var. Ondan sonra Bakıya qayıdacağıq. Bir-iki günlük istirahətdən sonra isə artıq Konfrans Liqası matçına hazırlaşacağıq. Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdır”.
Qeyd edək ki, "Neftçi" ilk iki yoxlama matçında "Partizan"a (Serbiya) 0:1, ÇFR-ə (Rumıniya) isə 1:2 hesabı ilə uduzub.
Zirədəki 5 qol - Video
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması