“Qarabağ”ın prezidenti Tahir Gözəl komandasının UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin Bakıda “Vestri”yə (İslandiya) qarşı keçirilən ilk oyunundan (3:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az müsahibəni təqdim edir.
- Mövsümün ilk oyunu barədə nə deyə bilərsiniz?
- Qeyd etmək istərdim ki, Azərbaycan klubları yeni mövsümə fantastik start veriblər. “Sabah” və “Zirə” inamlı çıxış etdilər. Biz də yaxşı başladıq. Həm oyundan, həm də nəticədən çox razıyam. Sevindirici haldır ki, üç qoldan ikisini yeni transferlər vurdu.
- Qarabağ” yeni mövsüm öncəsi heyətini ciddi şəkildə yeniləyib.
- Bu, onların ilk oyunu idi. Qarşıdakı matçlarda daha yaxşı olacaqlar. Həm müdafiə, həm də hücum xətti inamlı təsir bağışladı. Biz çoxdan komandanı yeniləmək istəyirdik, baş məşqçi də bunu arzulayırdı. Amma alınmırdı. Yeni mövsüm öncəsi heyətə səkkiz futbolçu cəlb etdik. Qurban Qurbanov hamıya şans verdi.
- Yeni transferlər olacaq?
- Ümid edirəm. Biz “Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq. Hesab edirəm ki, bu, klub tarixinin ən yaxşı komandasıdır. Baş məşqçi istəsə, daha 1-2 transfer etməyə hazırıq.
- Deməli, ötən mövsüm çempionluğu əldən verməyiniz sizi dəyişikliklərə sövq edib?
- Həyat insanı dəyişikliklərə sövq edir. Görünür, radikal addımlar atmaq üçün buna ehtiyacımız var idi. Əgər çempion olsaydıq, bu qədər dəyişiklik etməyə cəsarət tapa bilməzdik. Çətinliklər bizə kömək etdi.
- Kamilo Duran böyük məbləğ qarşılığında Şotlandiyanın “Seltik” klubuna keçdi. Bu transfer necə baş tutdu?
- Onu buraxmaq planımız yox idi. Futbolçunu pul qazanmaq üçün satmağa ehtiyacımız da yox idi. Amma gələcəkdə “Qarabağ”a gələcək futbolçular üçün belə keçidlər böyük motivasiyadır. Onlar anlamalıdırlar ki, “Qarabağ”a transfer olunmaqla gələcəkdə böyük klublara keçə bilərlər.
- Ötən mövsüm legioner limitinin ləğvinə qarşı olduğunuzu demişdiniz. İndi də eyni fikirdəsiniz?
- Fikrim dəyişməyib. Qısamüddətli perspektivdə bu, klublara kömək edir, amma yerli futbola xeyir verməyəcək. Bununla belə, hansı qaydalar tətbiq olunursa, biz də onlara əməl edirik.
- Elvin Cəfərquliyev hələ də komandadan ayrıla bilər?
- Mən onun getməsini istəməzdim. Böyük potensiala malik futbolçudur. İstəyirəm ki, komandada qalsın. Amma son qərarı baş məşqçi verir.
Zirədəki 5 qol - Video
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması