Mətbuat konfransında jurnalistlər arasında dava düşdü

Mətbuat konfransında jurnalistlər arasında dava düşdü
DÇ-2026 9 İyul 2026 / 10:59 1077
-  A +

DÇ-2026-nın 1/4 finalında keçiriləcək Fransa - Mərakeş oyunundan əvvəl təşkil olunan mətbuat konfransında insident yaşanıb.

QOL.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb. Hadisə tədbirin lap əvvəlində baş verib. Mərakeş millisinin hücumçusu Brahim Dias ilk sualı cavablandırarkən media mərkəzinin arxa sıralarında qışqırıqlar eşidilib. Məlum olub ki, jurnalistlər arasında dava düşüb.

Bildirilib ki, mərakeşli jurnalist fransalı həmkarını onu vurmaqda ittiham edib. Gərginliyi aradan qaldırmaq üçün FİFA əməkdaşları hadisəyə müdaxilə ediblər.

Qeyd edək ki, Fransa - Mərakeş arasında DÇ-2026-nın 1/4 final görüşü bu gün keçiriləcək. Matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner