"Liverpul" klubu İspaniyanın "Osasuna" komandasının hücumçusu Viktor Munyosu heyətinə qatıb.
QOL.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisi məlumat yayıb. 22 yaşlı ispaniyalı futbolçu ilə uzunmüddətli müqavilə imzalandığı bildirilir.
Xatırladaq ki, gənc vinger vaxtilə İspaniya futbolunun iki böyük nəhəngi "Barselona" və "Real "ın aşağı yaş qruplarından ibarət komandalarının şərəfini qoruyub. Geridə qalan mövsüm ərzində o, komandanın heyətində bütün turnirlər daxil olmaqla 36 matça çıxıb, rəqib qapılarından 7 top keçirib və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Vitinyadan yeni rekord
Çexiya - CAR: Heyətlər
"İnter"dən Kivu qərarı
Fransa millisində itki
Enzo Fernandez "Real"da