Malta milli komandasının futbolçusu Kian Şikluna Azərbaycan yığması ilə keçiriləcək matçdan öncə oyun barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, milli komandada ilk dəfə əsas heyətdə yer alan gənc müdafiəçi bütün diqqətlərini Azərbaycan yığması ilə matça köklədiklərini bildirib:
"Bütün diqqətimizi Azərbaycanla matça cəmləmişik. Onlar reytinqdə bizdən öndədirlər və bu, şübhəsiz ki, növbəti çətin sınaq olacaq. Biz matça hazırıq və ümid edirəm ki, məşqlərdə gördüyümüz işləri oyunda da nümayiş etdirə biləcəyik".
Qeyd edək ki, Malta - Azərbaycan qarşılaşması iyunun 5-də, Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu
"Bayer" Arbeloanın təklifini geri çevirdi
Ştegenə "Ayaks"dan maraq var
Klub 9 aydan sonra onu göndərdi