"Bu gün oyunumuz alındı. Bilirdik ki, rəqibimiz sürətli əks-hücumlara çıxır. Futbolda qayda var ki, qol vurmasan, sənə qol vuracaqlar. Bu da başımıza gəldi. Rəqib əks-hücumda fərqləndi. Böyük futbol xırda detallardan ibarətdir. Oyunun sonunda qələbə qolunu vurmağa imkanımız oldu, amma alınmadı. Son dəqiqələrdə həm qalib gələ, həm də məğlub ola bilərdik".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 29-cu turu çərçivsində "Qəbələ" ilə baş tutan matçdan (1:1) sonra oyun barədə fikirlərini bölüşərkən deyib.
Baş məşqçi komandaya gəldikdən sonra oyun fəlsəfəsində nələri dəyişdiyi barədə fikirlərini bölüşüb:
"İlk olaraq müasir futbolu tətbiq etmək istədik. Topla daha yaxşı davranan komanda qurmağa çalışırıq. Bəzən texniki olaraq zəifsənsə, nələrisə yaxşı edə bilmirsən. Bəzi üstünlüklərimiz ola bilər. Amma texniki cəhətdən çatışmazlıqlar var".
Mütəxəssis avrokuboklara vəsiqə qazanmaq şanslarının qalıb-qalmaması ilə bağlı suala belə münasibət bildirib:
"Turnir cədvəli göstərir ki, o qədər də yaxşı yerdə deyilik. Amma hər oyun bizə müəyyən şans verir. Komanda futbol oynayanda xal da özü gəlir. Hələ ki, bu, bizdə alınmır".
Andrey Demçenko növbəti mövsüm üçün hansı mövqelərin gücləndiriləcəyi barədə sualı isə müqavilə müddətini xatırladaraq cavablandırıb:
"Hazırda bu haqda danışa bilmərəm. Müqaviləm mövsümün sonunda başa çatır. Qarşıma avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyulub. Bunun üçün mübarizə aparırıq".
"Real"ın hədəfinə düşdü
"Ayaks"dan gedir
Mbappe zədələndi
"Real" ona qiymət qoydu
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!
Kenan Yıldız "Milan"a qarşı oynayacaq, ya yox?
"Tottenhem" psixoloq axtarır
Yenilənən “Azərsun Arena”dan ilk - Video
Ranyeri "Roma"dan ayrıldı - Rəsmi
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
De Liqt 5 aydan sonra qayıtdı
Türkiyənin məşhur brendi “Qarabağ”ın tərəfdaşı oldu - Şəkil
Finalın nominal meydan sahibi məlum oldu