Dünyanın ən ödənişli futbolçusu açıqlandı

DÜNYA FUTBOLU 19 İyun 2011 / 23:17 3375
-  A +

İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi 2010-cu ildə dünyanın ən ödənişli futbolçusu olub. Qol.Az-ın məlumatına görə, "Sports İllustrated" jurnalı belə qənaətə gəlib. 

Messi ötən il 30 milyon avro qazanıb. O, "Real"ın portuqaliyalı ulduzu Kriştianu Ronaldunu 3 milyon, "Mançester Yunayted"in ingiltərəli forvardı Ueyn Runini 7 milyon avro qabaqlayıb. 

Xatırladaq ki, Lionel Messi bu mövsüm Çempionlar Liqası və İspaniya çempionluğunu, Kriştianu Ronaldu İspaniya Kubokunu, Ueyn Runi isə İngiltərə çempionluğunu əldə edib.     

Son xəbərlər