“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”

“Bir müsəlman kimi bu şüarı hörmətsizlik sayıram”
DÜNYA FUTBOLU 2 Aprel 2026 / 08:56 600
-  A +

Martın 31-də keçirilmiş İspaniya - Misir yoxlama oyunu (0:0) zamanı ispan azarkeşlərin yer aldığı bir  tribunadan “Kim tullanmasa, müsəlmandır” şüarı səslənib. Bu isə haqlı narazılıqlara səbəb olub.

QOL.az xəbər verir ki, İspaniya millisinin və Barselona”nın müsəlman futbolçusu Lamin Yamal özünün sosial şəbəkə hesabında hadisəyə münasibət bildirib. O yazıb:

“Mən müsəlmanam. Barselonadakı stadionda belə bir şüar səsləndi. Bunun rəqibə ünvanlandığını və şəxsən mənə qarşı olmadığını anlayıram. Amma bir müsəlman kimi bunu hörmətsizlik və qəbuledilməz sayıram. Başa düşürəm ki, bütün azarkeşlər belə deyil. Bu cür ifadələr işlədənlər bilməlidir ki, stadionda dini lağ obyektinə çevirmək cahillik və irqçilikdir. 

Futbol zövq almaq və dəstək vermək üçündür, insanların kimliyinə və inancına görə təhqir etmək yox. Buna baxmayaraq, bizi dəstəkləməyə gələn hər kəsə təşəkkür edirəm. Dünya çempionatında görüşərik”, – deyə Yamal sosial şəbəkə hesabında yazıb.


Son xəbərlər
01.04.26  21:12

Keyn sıradan çıxdı

01.04.26  18:36

"Çelsi"dən antirekord

01.04.26  12:08

Qattuzo üzr istədi

topaz banner