AFFA-nın baş katibi Cahangir Fərəcullayev "FIFA Series – 2026" beynəlxalq turnirində qazanılan qələbədən sonra "CBC Sport" kanalına təəssüratlarını bölüşüb.
QOL.az xəbər verir ki, qurum rəsmisi əldə olunan uğurun Azərbaycan futbolu üçün əhəmiyyətini xüsusi vurğulayıb.:
"İlk növbədə hamını təbrik edirəm. Hesab edirəm ki, bu qələbəni kiçiltmək lazım deyil. Futbolçularımız hər iki oyunda əzmkar mübarizə apardılar və layiqli qələbə qazandılar. Bu gün hesabda geri düşməyimizə baxmayaraq sona qədər xarakter nümayiş etdirdilər və qalib gəldilər. Bu, bizim üçün çox vacib nəticədir".
Baş katib rəqiblər və bu kubokun gələcək perspektivlərinə də aydınlıq gətirib:
"Bəlkə də rəqiblərin o qədər də tanınmadığını deyə bilərlər, lakin bu, yeni yolun başlanğıcıdır. Bu, bizim FİFA çərçivəsində qazandığımız ilk kubokdur. Davamlı olsun"
Xatırladaq ki, final qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb və yığmamız penaltilər seriyasında daha dəqiq oynayıb (9:8).
Lukaku "Napoli"dən gedir
Millətlər Kubokunun matç qaydalarına dəyişikliklər ediləcək
Noyer geri dönür
Ofsayd qərarları artıq "robot"lara həvalə olunur
İtaliya klubu tarixinin ən pis mövsümlərindən birini keçirir
Azərbaycan millisinin məşqindən - Şəkillər
“Qaradağ Lökbatan”ın 7 qollu qələbəsindən - Video
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Belarus yığması Ermənistana qalib gəldi
Xavi "Barselona"ya qayıda bilməyəcək
"Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır" - Ayxan Abbasov
“Tottenhem” baş məşqçisini istefaya göndərdi