Ronaldo sevgilisi ilə birgə İstanbulda

Ronaldo sevgilisi ilə birgə İstanbulda
DÜNYA FUTBOLU 19 İyun 2011 / 00:16 3752
-  A +

Portuqaliya milli komandasının və İspaniyanın "Real" klubunun dünyaca ünlü futbolçusu Kriştiano Ronaldo iyunun 18-də Türkiyənin İstanbul şəhərinə gəlib. Qol.Az-ın məlumatına görə, Ronaldu rusiyalı sevgilisi İrina Şeyklə birgə "Beşiktaş"ın prezidenti Yıldırım Dəmirörənə aid təyyarə ilə qardaş ölkəyə təşrif buyurub.

İspaniya çempionatının bombardirini hava limanında çoxlu pərəstişkarı qarşılayıb. Ronaldu onlara avtoqraf verib. Kriştianu və İrina əvvəlcə xüsusi avtomobilə, sonra isə vertolyota miniblər. Onlar İstanbuldakı Dəmirörən ticarət mərkəzindəki "Virgin Megastore"yə yollanıblar. Əvvəlcədən yerli vaxtla saat 16:00-da başlaması nəzərdə tutulan açılış mərasimi Ronaldunun gecikməsi üzündən saatyarım sonraya keçirilib. Lakin tədbir məkanına toplaşan çoxsaylı fanat müəyyən maneələr yaradıb. Təhlükəsizlik tədbirləri isə lazımi səviyyədə olmayıb. Bunu görən Dəmirörən və Ronaldu ticarət mərkəzindən ayrılmalı olub. Azarkeşlər onların qərarını təpki ilə qarşılayıblar. 

Ronaldo axşam saatlarında Bodruma yollanıb. O, həmin məkanda Dəmirörənin özəl yaxtasında 3 günlük istirahət edəcək.    

Son xəbərlər