UEFA-dan Əliyar Ağayevə yeni təyinat

UEFA-dan Əliyar Ağayevə yeni təyinat
XƏBƏR 17 Mart 2026 / 10:55 601
-  A +

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb. 

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ə.Ağayev Konfrans Liqasının 1/8 final mərhələsində keçiriləcək AEK (Larnaka, Kipr) – “Kristal Pelas” (İngiltərə) matçının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Niderlandlı Jeroen Manşot  VAR, digər həmyerlimiz Nicat İsmayıllı AVAR kimi fəaliyyət göstərəcək.

Qarşılaşma Mərkəzi Avropa vaxtı ilə 18 mart, saat 21:00-da, Bakı vaxtı ilə 19 mart, saat 00:00-da başlayacaq. Görüş Larnaka şəhərindəki “AEK Arena”da keçiriləcək. İngiltərədəki ilk matçda 0:0 hesabı qeydə alınıb.


Son xəbərlər
topaz banner