"Santuşla futbol haqda yox, ancaq ölkə ilə bağlı danışmışam" -  Ruy Jorje

"Santuşla futbol haqda yox, ancaq ölkə ilə bağlı danışmışam" -  Ruy Jorje
ÖLKƏ FUTBOLU 16 Mart 2026 / 15:20 468
-  A +

"Sizinlə birlikdə olmaq mənim üçün qürurdur. Ümid edirəm ki, qarşıdakı 1,7 il ərzində çox yaxşı təcrübə keçə biləcəyik. Bu müddət ərzində bərabər olacağıq".

QOL.az xəbər verir ki, bu sözləri Azərbaycanın U-20 millisinin yeni baş məşqçisi  Ruy Jorje bu gün keçirilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis müqavilə bağlamamamışdan əvvəl Azərbaycanın əsas millisinin sabiq çalışdırıcıı - həmyerlisi Fernandu Santuşla danışdığını bildirib: "Uğur qazanmaq üçün bunun üzərində işləmək lazımdır. Uğur idman nəticələrindən asılıdır. Buna nə mən, nə də hansısa məşqçi zəmanət verə bilər. Bir komandada uğur qazanmaq oyunçuların istəyindən, əzmkarlığından asılıdır. Onlar üzərlərində çalışmalıdılar ki, yüksək səviyyədə çıxış etsinlər. Bunu edə bilsək, uğur qazana bilərik. Fernandu Santuşla danışıb-danışmadığıma gəlincə, əlbəttə həm özü ilə, həm də köməkçiləri ilə danışdım. Müqavilə imzalamamışdan öncə danışmışdım. Həm ölkə, həm də insanlar haqda çox yaxşı məlumatlar aldım. İnsanların qonaqpərvərliyindən, rəftarından yaxşı şeylər eşitdim. Bura gəldiyim ilk gündən gördüm ki, Santuşun dedikləri ilə üst-üstə düşür".

O, "Necə edəcəksiz ki, 18-20 yaşlı futbolçular oynasın? Nəzərə alın ki, portuqaliyalı yox, azərbaycanlı futbolçularla çalışacaqsınız. AFFA-ya hansısa təklif irəli sürəcəksiz?" sualıbı belə cavablandırıb: "Hazırkı vəziyyətdə bununla bağlı hansısa söhbətim, təklifim olmayıb. Çempionatla tanışam, tam dəqiqliyi ilə deyə bilmərəm ki, oyunçuların çempionatda çox oynamaması formata görədir, ya başqa səbəbə görə. Təcrübəmə əsasən bir şeyi bilirəm ki, oyunçuların yetişməsi üçün klubların görəcəyi iş çox önəmlidir.

Çox yaxşı bilirəm ki, Azərbaycan millisi Portuqaliya millisi deyil, Azərbaycan millisinin üzvləri də Portuqaliya millisində çıxış edən oyunçular deyil. Amma biz Portuqaliya U-20 yığması ilə uğur qazananda, Portuqaliya U-21 yığması reytinqdə 19-cu pillədə idi. Çempionatın son püşkatma mərasimində Avropa zonasında 3-cü yerdə idik. Bizim burada ən böyük məqsədimiz bunu əldə etməkdir".

Yeni baş məşqçi Fernandu Santuşun ona Azərbaycan futbolu haqda danışmadığını deyib: "O, əsas millidə çalışırdı, mən U-20 yığmasının baş məşqçisiyəm. Ona görə futbol haqda danışmamışam. Çünki onun millidə tələbləri, oyunçu səviyyəsi ilə mənim millimdəki səviyyə eyni deyil. Danışığımız ancaq ölkə haqda idi".

Ruy Jorje  2013-cü ildə Portuqaliyanın U-21 yığmasının Azərbaycan millisinə 2:0 və 3:0 hesabı ilə qalib gəldiyi vaxtları yaxşı xatırladığını qedy edib:  "Dərhal 2013-cü ildəki oyunları xatırladım. Hazırda da beynimdə dərhal matçın harada keçirildiyini, hətta 2-ci qolu necə vurmağımızı da xatırlayıram. Bernardo Silvanın debüt oyunu idi, Azərbaycanda oynamışdı. Hamısını yaxşı xatırlayıram. AFFA rəhbərliyi ilə danışıqdan öncə U-19 yığmasının oyunlarını izləmişəm. Çünki istəyirdim məndə ideya olsun və onlarla danışım. Azərbaycanın Malta, Polşa ilə oyunlarını izləmişəm. 

Ruy Jorje əvvəlcə futbolçuların keyfiyytini qaldırmağa çalışacağını bildirib: "Çexiya, Şimali İrlandiya ilə oyunlara da baxdım. U-19 yığmasının qrup mərhələsindəki matçlarını izlədim. Ardınca isə Sloveniyaya qarşı matça baxmışam. Sistem olaraq bilmək istəyirsiz ki, biz necə çıxış edəcəyik? Bu mövzuda son qərarlarımızı verməmişik. Öncə futbolçuların keyfiyyətini qaldıracağıq, sonra digər məsələlərə keçəcəyik.


Son xəbərlər
topaz banner