Arbeloa kapitanlarla təcili iclas keçirdi

Arbeloa kapitanlarla təcili iclas keçirdi
DÜNYA FUTBOLU 4 Mart 2026 / 10:08 364
-  A +

"Real"ın La Liqada ardıcıl ikinci məğlubiyyətindən sonra baş məşqçi Alvaro Arbeloa əvvəlcə kapitanlar, daha sonra isə bütün komanda və məşqçilər heyəti ilə təcili iclas keçirib.

QOL.az COPE-yə istinadən xəbər verir ki,  ispaniyalı mütəxəssis komandadan mövsümün son mərhələlərində əlavə səy göstərməyi istəyib. Vurğulanıb ki, "Real" oyunçuları vəziyyətin nə qədər ciddi olduğunu anlasalar da, ümidlərini itirməyiblər.

Martın 2-də Arbeloanın komandası La Liqanın 26-cı turunda "Xetafe"yə 0:1 hesabı ilə məğlub olub. 21 fevralda isə "Real" 25-ci turunda "Osasuna"ya 1:2 hesabı ilə uduzub. Bundan sonra Arbelonanın istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılıb.

Qeyd edək ki, "Real" hazırda La Liqada 26 turdan sonra 60 xalla 2-ci pillə qərarlaşıb. Madrid təmsilçisi lider "Barselona"dan 4 xal geri qalır.


Son xəbərlər
topaz banner