"Liverpul"a gəlmədən zədələndi

"Liverpul"a gəlmədən zədələndi
DÜNYA FUTBOLU 3 Mart 2026 / 19:46 410
-  A +

"Renn"in müdafiəçisi Jeremi Jake əməliyyat olunacaq.

QOL.az xəbər verir ki, Fransız klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, 20 yaşlı futbolçu çiyin nahiyəsindən ciddi xəsarət alıb. Gənc oyunçu fevralın 7-də Liqa 1-də keçirilən "Lans"la matçda (1:3) zədələnib. 

Xatırladaq ki, "Liverpul" Jakeni qış transfer pəncərəsində təxminən 64 milyon avroya transfer etsə də, keçidin rəsmən yayda baş tutacağı gözlənilir. Bu əməliyyat fonunda isə futbolçunun mövsümü buraxıb-buraxmayacağı, həmçinin yeni klubuna keçidi sual altına düşüb. 


Son xəbərlər
topaz banner