AFFA prezidenti Rövşən Nəcəf Canni İnfantinonun FİFA prezidenti seçilməsinin 10 illiyi münasibətilə təbrik ünvanlayıb.
QOL.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Təbrikdə İnfantinonun FİFA prezidenti seçilməsinin 10-cu ildönümü münasibətilə səmimi təbriklər ifadə olunub və qurumlararası uğurlu tərəfdaşlıq vurğulanıb.
"Hörmətli prezident Canni İnfantino. Sizi FİFA prezidenti seçilməyinizin 10-cu ildönümü münasibətilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası adından səmimi-qəlbdən təbrik edirəm. Ötən onillikdə Sizin rəhbərliyiniz futbolun birliyini möhkəmləndirib və bütün dünyada bu idman növünün inkişafı üçün geniş imkanlar yaradıb".
AFFA rəhbəri FİFA ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən layihələrə və əldə olunan uğurlara da toxunub:
"Azərbaycanda futbolun inkişafı FİFA ilə sıx əməkdaşlıq nəticəsində real və ölçülə bilən irəliləyişlərlə nəticələnmişdir. 2024-cü ilin mart ayında Bakının "FİFA Series"in pilot layihəsinə ev sahibliyi etməsi bu etimadın bariz nümunəsidir. Milli komandamızla yanaşı, Bolqarıstan, Monqolustan və Tanzaniya yığmalarını qəbul etdik. Bu təşəbbüs FİFA-nın üzv assosiasiyalar üçün daha geniş beynəlxalq oyun imkanları yaratmaq öhdəliyinin bariz nümunəsidir. Həmçinin "FIFA Forward" proqramı çərçivəsində ölkəmizdə VAR sisteminin tətbiqi, regional futbol akademiyalarının inşası və infrastruktur layihələri gələcəyə yönəlmiş mühüm investisiyalar Azərbaycan futbolunun gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.
Rövşən Nəcəf məktubda Canni İnfantinonun COP29 sammiti çərçivəsində Bakıya səfərini və qarşıdakı mötəbər turnirləri xüsusi qeyd edib:
"Sizi 2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 sammiti zamanı qəbul etmək bizim üçün şərəf idi. FİFA-nın iqlim dəyişikliyi və davamlı inkişaf sahəsindəki fəallığı futbolun qlobal əməkdaşlıqdakı rolunu göstərir. Bununla yanaşı, Azərbaycanın Özbəkistanla birlikdə 2027-ci ildə keçiriləcək FİFA U-20 Dünya Çempionatına ev sahibi seçilməsi bizim üçün böyük qürurdur. Affa FİFA və bütün tərəfdaşlarla sıx əməkdaşlıq edərək ali standartlara cavab verən və dünya futbolunun ən yaxşı nümunələrini nümayış etdirən bir turnir təşkil etməyə tam sadiqdir".
Təbrikin sonunda AFFA prezidenti Canni İnfantinoya xoş arzularını çatdırıb və konstruktiv əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminliyini bildirib.
Bu matçdan sonra Arbeloa istefaya göndərilə bilər
"Ən doğrusu Premyer Liqa trendlərinə uyğunlaşmaqdır"
"Zirə"ni yarımfinala aparan qələbəsindən - Video
"Ninkoviçin qırmızı vərəqəsi planlarımızı pozdu" - Saşa İliç
"Həlledici mərhələyə daxil oluruq" - Rəşad Sadıqov
Səudiyyə Ərəbistanı çempionatı dayandırılacaq?
“Xankəndi”nin qələbəsindən - Video
Azərbaycan kubokunda ilk yarımfinalçı müəyyənləşdi
Futbolçu klubla müqaviləni yeniləməkdən imtina etdi
ABŞ İran millisinin DÇ-2026-da iştirakını dəstəkləyir
"Liverpul"a gəlmədən zədələndi
"Real"ın hücumçusu sıradan çıxdı, DÇ-2026-nı buraxacaq
Qadın millimizin qələbə qolları - Video
"Araz-Naxçıvan"ın kapitanı məşqlərə başladı
"Qalatasaray"ın matçı təxirə salındı
“Flamenqo”nun yeni baş məşqçisi bəlli oldu
"Zirə" - "Sumqayıt": Heyətlər
"Xankəndi" yenidən lider oldu
Azərbaycan millisi seçmə mərhələyə qələbə ilə başladı
Azərbaycanın 9 boksçusu beynəlxalq turnirə yollandı
"Real"da problemlər bitmir
Ötən ayın ən gözəl 5 qolundan 4-ü 1 oyunda vurulub - Video
Ronaldo ailəsi ilə birlikdə Səudiyyə Ərəbistanını tərk etdi
Nağıyev Qırğızıstanda klubunu dəyişdi
Kurtua azarkeşlərdən üzr istəyib
"Arsenal" bu müdafiəçi üçün rəsmi təklif göndərdi
Dani Uelbeklə müqavilə yeniləndi
Yamal 1 əsrlik rekordu qırdı
Futbol tarixinin ən qəribə hərəkətindən 25 il keçdi - Video
18 ildən sonra gələn qələbə ağlatdı
“Flamenqo” Filipe Luisi istefaya göndərdi
Arbeloa: "Heç kim təslim olmayacaq"
Oyunun İzmirdə keçirilməsini istəmişdi - UEFA qərar verdi
Florentino Peresin istefasını istədilər
Premyer Liqanı tərk etsələr, maaşları iki dəfə azaldılacaq
“Real” öz meydanında məğlub oldu
A seriyasında 27-ci tura yekun vuruldu
"Qaradağ Lökbatan"dan darmadağın - Video
Azərbaycan basketbol millisi Şimali Makedoniyaya uduzdu
Mbappenin son durumu bəlli oldu
"Qarabağ"- "Sabah" matçından maraqlı anlar - Video
"Yuventus" onun müqaviləsini yenilədi
Klubda uğursuz debüt edən ikinci baş məşqçi oldu
Baş məşqçi yenidən Premyer Liqaya qayıtmağı hədəfləyir
AFFA: "Neftçi”nin qapısına penalti qərarı doğrudur!" - Video
Niderland və Əlcəzair milliləri hazırlıq oyunu keçirəcək
UEFA azarkeşlərə görə klubu cəzalandırdı
"Son qarşılaşmada özümüzü yaxşı tərəfdən göstərə bilmədik"