"Turan Tovuz" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

"Turan Tovuz" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı
PREMYER LİQA 20 Fevral 2026 / 09:30 568
-  A +

Bu gün Misli Premyer Liqasında 21-ci tur start götürəcək.

QOL.az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək.

Əvvəlcə "Turan Tovuz" "Zirə"ni qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq. Bu komandaların 1-ci dövrədəki qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb. 

Digər oyunda isə "Sumqayıt" evdə "Qəbələ" ilə üz-üzə gələcək. Matç saat 19:30-da start götürəcək. Sözügedən komandaların 1-ci dövrədəki oyununda "Sumqayıt" 2:0 hesablı qələbə qazanıb.

20 fevral (cümə)

17:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər:
 Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
“Azersun Arena”

19:30. “Sumqayıt” – “Qəbələ”
Hakimlə
r: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Cavid Cəlilov 
AVAR: Eyyub İbrahimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

21 fevral (şənbə)

14:30. “Karvan-Yevlax” – “Araz-Naxçıvan”

22 fevral (bazar) 

14:30. “İmişli” – “Şamaxı”

17:00. “Sabah” – “Kəpəz” 

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Velko Şimiç (“Sabah”) - 9 qol 
Bassalu Sambu ("Neftçi") - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Karim Rossi ("Şamaxı") - 7 qol
Dioqo Almeyda ("İmişli") - 7 qol

Daha çox


Son xəbərlər
topaz banner