“Qarabağ” hesabda öndə - Yenilənir

“Qarabağ” hesabda öndə - Yenilənir
PREMYER LİQA 1 Fevral 2026 / 19:36 9972
-  A +

Bu gün Misli Premyer Liqasında 18-ci tura yekun vurulacaq. 

QOL.az xəbər verir ki, son oyun gününə təyin olunan 2 matçdan artıq biri yekunlaşıb.

İlk oyunda "Araz-Naxçıvan" "Neftçi"ni qəbul edib. Matç "Neftçi"nin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb.

Günün son oyununu turun mərkəzi qarşılaşması adlandırmaq olar. Burada "Qarabağ" "Turan Tovuz"u qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 18:30-da start götürüb. "Qarabağ" hazırda 36 xalla 2-ci, bir oyun az keçirən "Turan Tovuz" isə 30 xalla 3-cüdür.

İlk dövrədə "Qarabağ" "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlib.

1 fevral

Misli Premyer Liqası, 18-ci tur

18:30. “Qarabağ” – “Turan Tovuz” - 1:0 (İkinci hissə)

Qol: Abdullah Zubir, 41
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Akif Əmirəli
Tofiq Bəhramov adına Respublika Stadionu 

16:00. “Araz - Naxçıvan” – “Neftçi” - 0:4

Qol: İqor Ribeyro, 4, Bassala Sambu, 40, Alessio Kurçi, 84, Vensan Abubakar, 90+2
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Vüqar Həsənli
AVAR: Cəmil Quliyev
"Liv Bona Dea Arena" 

30 yanvar (cümə)

“Karvan-Yevlax” - “Sumqayıt” - 0:2

“Qəbələ” - “İmişli” - 3:2

31 yanvar (şənbə)

 “Zirə” - “Sabah” - 1:3

 “Kəpəz” - “Şamaxı” - 0:2

Bombardirlər:

Coy-Lens Mikels (“Sabah”) - 9 qol

Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol

Toral Bayramov (“Qarabağ”) - 7 qol

Bassalu Sambu ("Neftçi") - 7 qol

Karim Rossi ("Şamaxı") - 6 qol


Son xəbərlər
topaz banner