Misli Premyer Liqasında 17-ci tur start götürüb.
QOL.az xəbər verir ki, nəticədə çempionatdakı 32 günlük fasilə başa çatıb.
Turun 1-ci oyun gününə 2 matç nəzərdə tutulub. İlin ilk qarşılaşması "İmişli" ilə "Araz-Naxçıvan" arasındadır. Quba Olimpiya İdman Kompleksində keçirilən görüş saat 14:30-da başlayıb. Bu komandalar arasında 1-ci dövrənin oyunu Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.
Günün 2-ci matçı isə “Palms Sports Arena”da oynanılacaq. Burada "Neftçi" "Zirə"ni qəbul edəcək. Oyun saat 19:00-da start götürəcək. Sözügedən komandaların 1-ci dövrədəki qarşılaşmasında 2:2 hesabı qeydə alınıb.
Hazırda turnir cədvəlində "Zirə" 28 xalla 3-cü, "Araz-Naxçıvan" 26 xalla 6-cı, "Neftçi" 20 xalla 8-ci, "İmişli" isə 17 xalla 9-cudur. Sıralamaya 37 xala malik "Sabah" liderlik edir.
23 yanvar (cümə)
14:30. “İmişli” – “Araz-Naxçıvan” - 2:1 (İkinci hissə)
Qol: Luis Silvestr, 5 (1:0), Şarl Boli (1:1), Dieqo Almeyda, 84 (2:1)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Quba OİK stadionu
19:00. “Neftçi” – “Zirə”
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
“Palms Sports Arena”
24 yanvar (şənbə)
14:00. “Şamaxı” – “Qəbələ”
16:30. “Qarabağ” – “Kəpəz”
25 yanvar (bazar)
16:00. “Turan Tovuz” – “Sumqayıt”
18:30. “Sabah” – “Karvan-Yevlax”

Bombardirlər:
Coy-Lens Mikels (“Sabah”) - 9 qol
Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol
Toral Bayramov (“Qarabağ”) - 7 qol
Bassalu Sambu ("Neftçi") - 6 qol
Karim Rossi ("Şamaxı") - 6 qol
Rafinyadan həyat yoldaşına 60 min avroluq hədiyyə - Şəkil
"Beşiktaş"ın futbolçusu sabiq klubuna qayıtdı
"Atletiko"nun futbolçusu "Qalatasaray"a keçə bilər
"Yuventus" növbəti türkiyəli futbolçunu transfer etdi
"Mançester Yunayted" Kazemiro ilə yollarını ayırır
Millimiz Danimarkaya uduzdu
Dünyanın ən varlı klubları açıqlandı
ÇL-də ən çox qol şansı yaradan oyunçu kimdir?
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bilindi
ABŞ səfirliyi “Qarabağ”ı təbrik etdi
“Real”ın zədəli futbolçularından xəbər var
Dzeko 2-ci Bundesliqa klubunda - Rəsmi
"Barselona"da ciddi itki: 1 ay oynamayacaq
"Qarabağ" pley-offa çıxacaq" - Mehmet Ak
"Qarabağ"ın qələbəsi dünya manşetlərində - Video
Qurban Qurbanovun 500-cü qalibiyyəti
Yüksək Qızlar Liqasının daha 2 oyunu FIFA+ TV-də
"Gəldim ki, sizə dəstək olum, qardaşlar!" - Video
Mikrofonu Elvinin əlindən aldı - Video
Xetaq Qazyumov millimizin toplanışını dəyərləndirdi
Azərbaycan klublarının Çempionlar Liqasında 150-ci qolu
"Qarabağ"la oyunda hər şey bizdən asılı olacaq" - Van Deyk
"Fənəbaxça" - "Aston Villa" oyunu bu kanallarda
"Araz-Naxçıvan"da yeni məşqçi təyinatı