Hazırda futbol agenti kimi çalışan, daha əvvəl Bakı “İnter”ində (indiki “Şamaxı”) çıxış etmiş sabiq ispaniyalı yarımmüdafiəçi Mikel Alvaronun müsahibəsi
- Klubları izləmək üçün Türkiyəyə getmişdiniz. “Qarabağ”ın düşərgəsində oldunuzmu? Qurban Qurbanovla görüşdünüzmü?
- Bəli, “Qarabağ”ın düşərgəsində iki-üç dəfə olmuşam. Onların Özbəkistanın “Neftçi” klubuna qarşı oyununu (5:0) izləmişəm. Həmin qarşılaşmada çox yaxşı oynadılar. Baxmayaraq ki, bu, yoldaşlıq oyunu idi, “Qarabağ” həqiqətən keyfiyyətli futbol nümayiş etdirdi. Təbii ki, Qurban Qurbanovla görüşüb onu salamlamaq imkanı da oldu.
- “Qarabağ”la əməkdaşlığınız davam edəcəkmi? Kluba yeni futbolçular təklif etmisinizmi?
- Ümid edirəm ki, birgə əməkdaşlığımızı davam etdirə biləcəyik. Klubun heyəti gücləndirmək üçün hansı profildə futbolçular axtardığını çox yaxşı anlayıram. Məhz bu profillərə uyğun oyunçular tapmağa çalışıram. Axtarışlar davam edir.
- Hazırda müştərilərinizdən biri – Coni Montiel “Qarabağ”da çıxış edir. O, indi yaxşı formadadır. İspaniya La Liqasında oynamasını nəzərə alsaq, ondan irəliləyiş gözlənilirdi. Bu barədə nə düşünürsünüz? Sizcə, o, “Qarabağ”ın əsas oyunçularından birinə çevriləcəkmi?
- Mən ilk gündən demişdim ki, Coniyə adaptasiya üçün vaxt lazım olacaq. Çünki o, bir müddət oynamamışdı, yeni komanda yoldaşlarına qoşulmuşdu və İspaniyadan kənarda ilk transferini yaşayırdı. Amma mən həmişə onun səviyyəsinə inanmışam və bilirdim ki, oyun dəqiqələri və matçlar artdıqca inkişaf edəcək. Hazırda o, çox yaxşı vəziyyətdədir və əminəm ki, mövsümün qalan hissəsində “Qarabağ”ın əsas oyunçularından biri olacaq.
- O, Özbəkistan klubuna qarşı oyunda “Qarabağ” üçün möhtəşəm qol vurdu. Sizcə, bu cür qolları davamlı şəkildə, xüsusən Çempionlar Liqasında Almaniyanın “Ayntraxt”ı və İngiltərənin “Liverpul”una qarşı oyunlarda da vura bilərmi?
- Montiel “Neftçi”nin qapısına əla qol vurdu. O, cərimə meydançası ətrafında oynayarkən çox həlledici ola bilən futbolçudur: son ötürmə üçün əla baxışı və inanılmaz zərbəsi var. Meydanda olduğu zaman bunları nümayiş etdirir. Ümid edirəm ki, Çempionlar Liqasında da belə bir qol vuracaq və komandaya qələbə qazandırmağa kömək edəcək.
- Digər Azərbaycan klubları ilə də əməkdaşlıq edəcəksinizmi? Başqa bir müştəriniz İsaak Amoa “Qəbələ”də çıxış edir. Onun haqqında nə deyə bilərsiniz? Yoxsa sizin üçün əsas fiqur Montieldirmi?
- Mən “Qəbələ” ilə də işləyirəm, çünki Hayme Sierra və Amoa ilə müqavilə imzalamışıq. Hayme “altı nömrə” mövqeyində oynayan keyfiyyətli və dözümlü futbolçudur. Komanda hər zaman stabil qələbələr qazanmadığı üçün o, statistikada bəzən ön plana çıxmır, amma çox güclü mövsüm keçirir. Amoanın da çox yaxşı səviyyədə çıxış etdiyini düşünürəm. İstərdim ki, liqaya daha çox ispaniyalı futbolçu cəlb edim və çempionatın ümumi səviyyəsinin yüksəlməsinə töhfə verim.
Mənbə: azerisport.com
Fonsekanı o əvəzlədi
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi