Gəncə İdman Sarayında yeni cüdo zalı fəaliyyətə başlayıb.
QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, Olimpiya mükafatçısı, ACF İcraiyyə Komitəsinin üzvü Mövlud Mirəliyev, dünya çempionu, ACF İcraiyyə Komitəsinin üzvü Elxan Məmmədov və digər rəsmilər iştirak ediblər.
Müasir standartlara cavab verən tatamilərlə təchiz olunmuş zalın ümumi ölçüsü 483 kvadratmetrdir. Bundan başqa, məşqçi və paltardəyişmə otaqları da mövcuddur. Zalda 300-dən çox idmançı cüdo ilə məşğul ola biləcək.
Qeyd edək ki, 2022–2025-ci illərdə Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran və Zaqatalanın Mosul kəndində yeni cüdo zalları istifadəyə verilib. Həmçinin Bakı və regionlardakı 179 idman zalına ümumilikdə 13200 tatami paylanılıb.
"Barselona" uduzdu
Ronaldo 6-cı, Messi 11-ci oldu
Mateta "Yuventus"a keçir
Milli narazı qaldı, CAF-a şikayət ünvanladı
"Atletiko"dan həm qələbə, həm antirekord
Ərəblərdən 18 yaşlı futbolçuya 40 milyonluq təklif var
"Liverpul" İtaliya klubunun müdafiəçisini hədəfə aldı
Millimizin üzvü oynadı, komandası qalib gəldi
Əfsanəvi futbolçunun oğluna "Ayaks"da vəzifə verildi
Emrelinin komandası əzmkar qələbə qazandı
Bu matçda qapılara 3 avtoqol vuruldu - Video
"Beşiktaş"ın futbolçusu millinin oyununda sıradan çıxdı
"Mənə xoş münasibət bəslənilməyən yerdə oynamaq istəmirəm"
“Real”ın qapıçısı İngiltərə klubuna keçə bilər
"Mançester Siti"dən La Liqa klubuna - Rəsmi
"Qəbələ" 7 qolla qalib gəldi
"Bu müddətdə möcüzə yaratmaq mümkün deyil" - Andrey Demçenko
"Araz-Naxçıvan"dan darmadağın
Xabi Alonso Bundesliqa klubunu çalışdıra bilər
“Qarabağ” 2 futbolçu üçün rəsmi təklif göndərdi
Mourinyodan “Real”la bağlı iddialara - Maraqlı cavab
Mbappe Anrini geridə qoydu