"Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar oldu - Rəsmi

"Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar oldu - Rəsmi
ÖLKƏ FUTBOLU 7 Yanvar 2026 / 22:42 3358
-  A +

“Neftçi”nin məşqçilər heyətinə yeni təyinatlar olub.

QOL.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. Atilla Küçüktaka və Fuad Əsədov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcəklər. Hər iki mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.

Atilla Küçüktaka 1972-ci il martin 26-da Türkiyənin İzmir şəhərində anadan olub. O, vətənində “Nazilli Belediyyespor”, “Bucaspor”, “Karşıyaka”, “Altınordu”, “Trabzonspor” və “İkas Eyüpspor” klublarında çalışıb.

Qeyd edək ki, 32 yaşlı Fuad Əsədov isə əvvəllər “Neftçi” Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi və koordinatoru olub, əvəzedici komandada çalışıb. O, “Rəvan” (U-19) və “Səbail” klublarında, həmçinin U-17, U-18 və U-19 milli komandalarında da işləyib.

Daha çox


Son xəbərlər