"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov özünün U-21 millisinə "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun isə əsas milliyə baş məşqçi təyinatı və gözlənilmədən vəzifəsindən göndərilməsi ilə bağlı danışıb.
QOL.az xəbər verir ki, o, İTV-nin “Off TOP” layihəsinə müsahibəsində bildirib ki, ovaxtkı AFFA rəhbərliyinin təklifini qəbul etdiyi üçün peşman deyil:
"Peşmanlıq yoxdur. Çünki danışıqlar elə formada getdi ki, bu gün də hansısa vəzifəyə o cür təklif olsa, yox deyə bilməzsən. İndi bütün söhbətlərə varmaq istəmirəm. Qurban müəllimin təyinatından sonra mən U-21-də işləməyə razılıq vermirdim. Dəfələrlə görüşlər oldu, bildirdilər ki, mütləq lazımdır, buna ehtiyac var. Bir ilin içində çəkdiyimiz əziyyətlər... Qərar gözlənilməz oldu. Həmişə Qurban müəllimlə bununla bağlı zarafat edirəm. Deyirəm ki, yeganə adamsan ki, milli komandanın baş məşqçisi kimi bir məğlubiyyətlə vəzifəndən getmisən".
R.Sadıqov bildirib ki, AFFA-nın qərarını qəbul etməsə, bəlkə də, daha çox peşman ola bilərdi: "Mənim özümə gəldikdə, seçmə mərhələdə 5 oyunumuz olmuşdu. Toplantıda oyunlarımız müzakirə edildi və yüksək qiymətləndirildi. Növbəti seçmə mərhələ üçün qarşıma hədəf qoyuldu ki, 2-ci yeri tutmalısınız. Mən də dedim ki, heç bir zaman bu hədəf qoyulmayıb. Dedilər ki, yox, sənin burda gördüyün işlər var, hansı ki, növbəti seçmə mərhələ üçün bizdə 5-6 futbolçu oynayırdı. O baxımdan mənə dedilər ki, ikinci yeri tutmağın realdır. Mən də dedim ki, heç bir problem yoxdur, onsuz da mən bu hədəfi qarşıma qoymuşam ki, növbəti mərhələyə çıxaq. Bütün bunlardan sonra isə ani olaraq zəng vurub deyəndə ki, yollarımızı ayırırıq və səbəbi soruşanda suallarımız cavabsız qalanda peşmanlıq yox, məyusluq oldu. Amma bu bizim üçün bir həyat təcrübəsi idi, orda da müəyyən şeylər öyrəndik. Bəlkə də, ömrümüzün sonuna qədər beynimizdə sual qalacaqdı ki, niyə milliyə getmədin? Bəlkə də onun peşmanlığını daha çox çəkəçəkdik. Amma millidə çalışdıq, məsləhət görüldü ki, yollar ayrılmalıdır, biz də sakitcə geri döndük və işimizə davam etdik. Azərbaycan futboluna xidmət etməyə çalışırıq".
Mbappenin durumu müəyyənləşdi
FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır
Roberto Karlos ürəyindən əməliyyat olundu
“Fənərbaxça”da yeni prezident seçkisi
40 yaşlı futbolçu "uzunömürlülük" sirrini açıqladı
"Yuventus"un futblçusunun "Cenoa" arzusu baş tutmadı
Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa hazırdır
"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir
Sabiq futbolçuya ərəblərdən təklif gəldi
Kurtua ayın ən yaxşısı seçildi
"Şamaxı"nın legioneri oynadı, komandası pley-offa yüksəldi
“Suallarımız cavabsız qalanda məyusluq oldu” - Video
Mbappe ÇL-in ən yaxşısıdır
Ronaldo 16 il sonra ilk dəfə...
"Mançester Yunayted" xal itrdi - Video
A seriyasında yeni qərar
"Arsenal"ın 4 qollu qələbəsi - Video
Seneqal Afrika Millətlər Kubokunun pley-offunda
Misli Premyer Liqasında 101 debüt
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu
Mahir Emrelidən maraqlı paylaşım - Şəkil
Pedri hazırdır
Pyaniç karyerasını başa vurdu
Rusiya klubunun məşqçisi 32 yaşında vəfat etdi
Dünyanın ən bahalı qapıçıları - Siyahı
Əşrəf Hakimi 2 aydan sonra meydana qayıtdı
Xviça ən yaxşı seçildi və Kaladzenin rekordunu təkrarladı
Avropada driblinq üzrə lider
Qələbə qazanmadan pley-offa yüksəldi
Azərbaycanda 1-ci liqa klubu dağılmaq ərəfəsində
La Liqada ilin rəmzi komandası
Ramos Avropaya qayıtmağa yaxındır
Misir Salahsız heç-heçə etdi, pley-offa vəsiqə qazandı