"İkinci hissədə məqsədimiz 1 xal qazanmaq idi, ona da nail olduq".
QOL.az xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 16-cı turunda "Zirə" ilə səfərdə qeydə alınan qolsuz heç-heçəni şərh edərkən deyib.
Mütəxəssis oyunun hər iki komanda üçün ağır keçdiyini, rəqibin topla üstünlüyünə baxmayaraq taktiki cəhətdən matça yaxşı hazırlaşdıqlarını bildirib:
"Müdafiəmizi yaxşı qurmuşduq. "Zirə" yalnız standart vəziyyətlərdən iki təhlükəli epizod yaratdı. Rəqibin fiziki cəhətdən güclü olduğunu bilirdik, amma künc zərbələrindən başqa bizim qapımıza yaxınlaşa bilmədilər. Bu, matça taktiki baxımdan yaxşı hazırlaşdığımızı göstərir. İkinci hissədə isə gözləyirdik ki, "Zirə" daha intensiv hücumlar edəcək, çünki onların oyunçuları fiziki və fərdi keyfiyyətlərinə görə üstünlük təşkil edirlər".
J.Kaşkilya komandasının yorğunluğunu təqvimlə əlaqələndirib. O, "Zirə"nin matça hazırlaşmaq üçün 6 günü olduğu halda, onların cəmi 4 günü olduğunu və əvvəlki turun çətinliyinin futbolçularda hiss edildiyini qeyd edib.
Baş məşqçi rəqibin fərdi və fiziki üstünlüyü qarşısında seçdikləri strategiyanı isə belə izah edib:
"Onlar qol vurmaq istəyirdi. Bu cür rəqibə qarşı 1 xala görə müdafiə olunduq. Bunu müvəffəqiyyətlə etdik. İkinci hissədə məqsədimiz 1 xal qazanmaq idi, ona da nail olduq".
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı
"Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
"Şəki Siti"yə texniki məğlubiyyət verildi
AFFA "Qarabağ"ı 10 min cərimələdi