"Mançester Siti"nin futbolçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında vurduğu qolların sayına görə "Mançester Yunayted"in sabiq hücumçusu Kriştiano Ronaldoya çatıb.
QOL.az xəbər verir ki, futbolçu bu göstəriciyə çempionatın 17-ci turu çərçivəsində "Vest Hem"lə keçirilən matçda nail olub. Matçın 6-cı dəqiqəsində fərqlənən forvard Premyer Liqadakı qollarının sayını 103-ə çatdırıb.
Maraqlıdır ki, Haaland bu göstəriciyə Ronaldodan 122 oyun daha tez nail olub.
Qeyd edək ki, 25 yaşlı hücumçu cari mövsümdə İngiltərə çempionatında 16 oyunda 18 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Salah üzr istəyib
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı
“Şəfa” “Cəbrayıl”a qalib gəldi
4 gün əvvəl ayrıldığı kluba qayıtdı
Anri mükafatlandırıldı
“Turan Tovuz” “Kəpəz”ə belə qalib gəldi - Video
"İstəməzdik bu gün belə olsun" - Azər Bağırov
"Qarabağ"dan zədəli futbolçularla bağlı açıqlama
Azərbaycanda FİFA referilərinin sayı artdı